Dünya birliyi Azərbaycan ərazilərinin işğal olunması ilə bağlı seyrçi mövqe tutur. Bu barədə Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisi Nəcməddin Sadıkov MDB ölkələri Baş Qərargah rəislərinin iclasında bildirib.
Baş qərargah rəisi hesab edir ki, beynəlxalq təşkilatların, o cümlədən MDB-nin qətiyyətsizliyi “uzun müddət Azərbaycan ərazilərini işğalda saxlayanın cəzasız qalmasına xidmət edir”.
Bununla yanaşı o deyib ki, ölkə iqtisadiyyatı inkişaf etdikcə Azərbaycan Silahlı Qüvvələri də möhkəmlənir. Azərbaycanın hərbi büdcəsi ilbəil artır və bu tendensiya davam etdiriləcək.
N.Sadıkovun sözlərinə görə, Azərbaycan münaqişənin dinc yolla nizamlanmasına tərəfdardır və bundan ötrü şanslar qalır, lakin ölkə ərazilərinin işğalının sonsuzadək davam etməsi ilə barışmayacaq.
“Ermənistanın işğalçı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrində əksini tapan tələblərə əməl etməli və Azərbaycan ərazilərini tərk etməlidir. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır, ikili standartlar olmamalıdır. Heç kim müstəsna hüquqa malik olmamalıdır”, - N.Sadıkov vurğulayıb.
O, qeyd edib ki, Ermənistan istisna olmaqla, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bakı beynəlxalq hüququn müddəalarına əməl olunmasını tələb etməlidir.
“Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün beynəlxalq hüquqla nəzərdə tutulan bütün vasitələrdən istifadə edəcək”, - N.Sadıkov bildirib.