Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin altı ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Prezident Əliyev deyib ki, son yarım ildə ümumi daxili məhsul 1,5 faiz, qeyri-neft sektoru 11,3 faiz artıb. “Bu, dünya iqtisadiyyatında ən yüksək göstəricidir”, - o qeyd edib.
Prezident Əliyevin dediyinə görə, altı ayda sənaye istehsalının ümumi həcmi neft hasilatının aşağı düşməsi nəticəsində üç faiz azalıb, amma qeyri-neft sənayesinin inkişafı 8,3 faiz olub. “Makroiqtisadi vəziyyət sabitdir, inflyasiya cəmi 2,2 faiz olub, əhalinin pul gəlirləri 14,2 faiz artıb. Kənd təsərrüfatında 10,4 faiz artım qeydə alınıb”.
Regional inkişaf proqramının icrası nəticəsində altı ayda bölgələrdə 46 min yeni iş yeri yaradılıb, onlardan 37 mini daimidir.
“Bizim siyasi, iqtisadi gücümüz diqtə edir ki, Azərbaycan əhalisi daha da artsın”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə əhalinin sayı artıq 9,3 milyon nəfərə çatıb.
Dövlət başçısı Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini, tərəfdaşların sayının artdığını, xarici siyasətlə bağlı fəaliyyətin genişləndiyini də diqqətə çatdırıb. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz ədalətə və beynəlxalq prinsiplərə əsaslanır”, - deyən prezident Əliyev danışıqlar prosesində müəyyən durğunluğun olduğunu və status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət başçısı hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının 44 milyard dollar və xarici dövlət borcunun ÜDM-in yeddi faizini təşkil etdiyini xatırladıb. .
Dövlətimizin başçısı bu ilin mayında Azərbaycanda keçirilən “Eurovision-2012”nin yüksək səviyyədə təşkil edildiyini və müsabiqənin tarixində ən gözəl mahnı yarışmasının Bakıda təşkil olunduğunu bildirib. Prezident Əliyev müsabiqə ərəfəsində erməni lobbisinin və antimilli qüvvələrin iştirakı ilə dünyanın bəzi dairələrinin Azərbaycana qarşı apardığı çirkin kampaniyanın təəssüf doğurduğunu vurğulayıb. “Biz güclüyük və bizim gücümüz xalqın dəstəyidir”, - deyə qeyd edib.