Accessibility links

Nazir: Azərbaycan bu il Türkiyəyə 2,2 milyard kubmetr, Avropaya 2,3 milyard kubmetr qaz ixrac edib


“İndiyədək Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 437 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə Türkiyəyə “Şahdəniz” yatağından 81,7 milyard kubmetr təbii qaz nəql olunub.”

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Turkuvaz Media Qrupu”nun təşkilatçılığı və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “IV Energetika və Təbii Sərvətlər Zirvəsi”ndə bildirib.

Onun sözlərinə görə, 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la (Trans-Anadolu Qaz Kəməri) Türkiyəyə 10,6 milyard kubmetr təbii qaz nəql olunub.

“Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb. Bu dövrdə TAP (Trans-Adriatik Qaz Kəməri) ilə Avropaya 2,3 milyard kubmetr qaz ixrac edilib.”

Nazir investisiyalardan danışarkən deyib ki, Azərbaycanın Türkiyədəki sərmayəsi 18,3 milyard dollara, Türkiyənin isə Azərbaycana yatırdığı investisiyanın həcmi 13 milyard dollara qədər artıb.

Nazirin sözlərinə görə, Azərbaycanın azad olunmuş ərazilərində “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən - su, günəş və külək enerjisindən istifadə ediləcək.

“Türkiyə şirkətləri də azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakda maraqlıdır. Xüsusilə Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq imkanları var,” Şahbazov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG