Qazaxıstan prezidenti Nursultan Nazarbayev fevralın 21-də hökümətin istefa verməli olduğunu deyib, yarım saat sonra isə bu barədə fərman imzalayıb. Bakıtjan Saqıntayev 2016-cı ilin sentyabrın 9-dan Qazaxıstanın baş naziri olub. Onun vəzifəsi Askar Maminə verilib. Kabinetin yeni tərkibinin təsdiqinə qədər hökumət üzvləri vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Son həftələr Qazaxıstanda çoxuşaqlı analar kütləvi etirazlar keçirir. Onlar uşaqlar üçün verilən müavinətlərin artırılmasını, həmçinin uşaqlı ailələrin evlə təmin olunmaları və uşaq bağçalarında yer ayrılmasını tələb edir.
Nazarbayev yanvarın 31-də hökumətin iclası zamanı nazirləri qorxaq adlandıraraq, onların istefa vermələrini tələb edib.
Astanada, Alma-Ata və digər şəhərlərdə etirazlar müvəqqəti yaşayış binasında baş vermiş yanğın zamanı beş azyaşlı qızın ölümündən sonra başlayıb. Onların valideynləri həmin vaxt ailələrini dolandırmaq üçün işdə olub.
Etiraz edən analar ayrıca olaraq Qazaxıstanın sosial müdafiə naziri Mədinə Abilkasımovanın istefasını tələb ediblər. O, dörd uşaqlı bir ailə üçün 30 dollar məbləğində yardımın "hissediləcək kömək" olduğunu bildirib.
Hökuməti istefaya göndərərək Nazarbayev əslində parllamentin işinin qeyri-qənaətbəxş olduğunuvə höküməti Qazaxıstandakı ictimai problemlərə görə məsuliyyət daşıdığını qəbul edib.
“Hökümət Milli Bankla birgə iqtisadiyyatın keyfiyyətli artımı və hiss olunacaq stimullar yarada bilmədi. Dövlət proqramlarının həyata keçirilməsinin təhlili onların həyata keçirildiyini, lakin bir çox mühüm sahələrdə konkret nəticələrin olmadığını göstərib. Xüsusilə kənd yerlərində kifayət qədər məhsuldar iş yerləri yaradılmır. Kiçik və orta biznes artıma təsir etməyib, onun inkişafı akımlar və nazirlərin əsas vəzifəsi olmayıb. Mən dəfələrlə əhalinin gəlirləri və yaşayış keyfiyyəti hökumətin hər bir üzvünün və hər bir akimin əsas prioritetlərindən olmalı olduğunu tapşırmışam. Amma sistemli iş qurulmayıb, əhalinin real gəlirləri artmır", deyə Nursultan Nazarbayev deyib.
“Fikrimcə, hökümət istefa verməlidir. Yeni hökümət həyat standartlarını yaxşılaşdırmaq, iqtisadiyyatı stimullaşdırmaq, strateji məqsədləri həyata keçirmək üçün effektiv addımlar atmalıdır”, Nazarbayev söyləyib.
O həmçinin hakim “Nur Otan” partiyasının qurultayında “sosial dəstəyin gücləndirilməsi və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər” təklif edəcək. Prezidetin sözlərinə görə, "bu tədbirlər üçün büdcə və Milli Fonddan xeyli vəsait ayrılacaq”, lakin Nazarbayev bu tədbirlərin nə olacağını deməyib.