Naxçıvanda qeydiyyatda olan bir qrup şəxs Bakıda səs verməyə cəhd edib
24 saylı Nizami ikinci seçki dairəsinin 4 saylı məntəqəsinə Naxçıvanda qeydiyyatda olan bir qrup şəxs səs verməyə cəhd edib. Həmin dairədən namizədliyini irəli sürən Ayxan Mehdizadə və müşahidəçilər bu pozuntunun qarşısını alıblar. Müşahidəçilərin sözlərinə görə, onlar belə hallara bir neçə dəfə mane olublar. 24 saylı Nizami ikinci seçki dairəsinin 1 saylı məntəqəsində insident baş verib. Özünü təqdim etməyən şəxs namizədin səlahiyyətli nümayəndəsinə təzyiq göstərib.
Episodes
-
Noyabr 27, 2024
Gürcüstanda müxalifət parlament mandatlarından imtina edib
-
Noyabr 27, 2024
Ankarada “Qadına Qarşı Şiddətə Yox!” konfransı keçirildi