Accessibility links

Naxçıvanda siyasi fəal həbs edilib


Naxçıvanda siyasi fəal həbs edilib
Naxçıvanda siyasi fəal həbs edilib

Zeynal Bağırzadəni saxta sənədlər əsasında Çernobıl əlili kimi təqaüd almaqda ittiham edilir.

Naxçıvanın siyasi fəallarından Zeynal Bağırzadə barəsində Naxçıvan şəhər məhkəməsi bazar ertəsi 3 aylıq həbs qəti-imkan tədbiri qərarı verib. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Cənab Bağırzadəyə cinayət məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törətmək), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.2-ci (saxta sənəddən istifadə etmə) ittiham irəli sürülüb və müvəqqəti saxlama təcridxanasına göndərilib.

Hakim Mehman Dünyamalıyev hər hansı izah vermədən bu tipli məhkəmə baxışlarının qapalı keçirildiyini əsas gətirərək jurnalistləri, müttəhimin yaxınlarını məhkəmə zalından çıxarıb. Z.Bağırzadə dövlət vəkili ilə təmin edilib.
Naxçıvan hakimiyyəti Z.Bağırzadəni saxta sənədlər əsasında Çernobıl əlili kimi təqaüd almaqda ittiham edir. Cənab Bağırzadə isə Çernobıl hadisələrində iştirak edib, əlillik almasını hər ah sübut etməyə hazır olduğunu deyir. “Bu hadisə 1986-cı ildə baş verib, həmin zamandan mən təqaüd alıram, bir də nə oldu ki, bu məsələ nə az, nə çox hadisədən 25 il keçdikdən sonra 2011-ci ildə yada düşdü?”-deyə Zeynal Bağırzadə qeyd edib. O, özünə qarşı baş verənləri qanunsuzluq adlandırıb, siyasi fəaliyyəti və xüsusilə İctimai Palatanın Naxçıvan bölməsinin təşkilindəki fəallığı ilə əlaqələndirib. Bu ilin yayında Nehrəm kəndinə su verilməməsinə qarşı etirazlarda və haqların qorunması uğrunda mübarizədə Zeynal Bağırzadə və AXCP Naxçıvan təşkilatının sədri olan qardaşı fəallıq edib, bunun nəticəsi olaraq o zorakılıqlara məruz qalıb.

XS
SM
MD
LG