Accessibility links

Navalnının ölkədən çıxışına qadağa qoyulub


Rusiya müxalifət lideri Aleksey Navalnı çərşənbə axşamı günü sərhəddə saxlanıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Navalnı Fransada Avropa İnsan Hüquqları Məhkəməsində dinləmələrdə iştirak etmək üçün səfər edirdi.

Müxalifət lideri bloq yazısında bildirib ki, o, Avropa İnsan Hüquqları Məhkəməsində onun dəfələrlə saxlanmasının siyasi motiv daşıdığına dair qərarın çıxarılması gözlənilən dinləmələrdə iştirak etməli idi. Navalnı sərhəd mühafizəçiləri tərəfindən saxlanıb və ona məhkəmənin qərarı ilə Rusiyanı tərk etmək icazəsi verilmədiyi bildirilib.

Strasburqda cümə axşamı keçirilməsi gözlənilən dinləmələr Rusiyanın ən tanınmış müxalifət fiquru kimi tanınan Navalnını siyasi dəstəyə malik olmayan şəxs kimi təsvir edən Kremlin imicinə ciddi zərbə endirə bilər.

Rusiya müxalifət lideri Aleksey Navalnı Moskvanın Puşkin meydanında etiraz nümayişi zamanı polis tərəfindən həbs edilir, 5 may, 2018.
Rusiya müxalifət lideri Aleksey Navalnı Moskvanın Puşkin meydanında etiraz nümayişi zamanı polis tərəfindən həbs edilir, 5 may, 2018.

“Putin rejimi fikirləşir ki, məni qərarı eşitmək üçün Strasburqa uçmağa qoymamaqla nəsə dəyişəcək”, Navalnı Twitter səhifəsində yazıb.

Navalnıya qarşı bir neçə cinayət işi qaldırılıb. Çoxları bunu Kremlin onun fəaliyyətinin məhdudlaşdırılması səyləri kimi qiymətləndirilir.

Bundan öncə iki cinayət işinə görə Navalnının ölkəni tərk etməsinə icazə verilməmişdi. Lakin qadağa keçən il onun təcili müalicə olunmaq üçün İspaniyaya getdiyi zaman aradan qaldırılmışdı.

Aleksey Navalnı rəsmi dairələrdə korrupsiya araşdırmaları ilə populyarlıq qazanıb. O, Rusiyanın demək olar hər yerində minlərlə insanın cəlb edildiyi hökumət əleyhinə nümayişlərə başçılıq edib.

XS
SM
MD
LG