Accessibility links

Navalnının müttəfiqləri Putinin hakimiyyətini sarsıtmaq üçün mübarizəni davam etdirirlər


Aleksey Navalnının komandası müstəqil işləməyə öyrəşib. Rusiya Prezidenti Vladimir Putinin ən güclü rəqibi tez-tez saxlanmalar, hücumlar, zəhərlənmələr və ya həbslərdən sonra uzun müddət həmkarları üçün əlçatmaz olurdu.

Ancaq Navalnının fevral ayında 47 yaşında ucqar Arktika həbsxanasında qəfil ölümündən sonra onun komandası böyük bir problemlər üz-üzə qaldı: yenidən seçiləcəyinə şübhə olmayan Putinə qarşı müxalifət hərəkatını onların meydan oxuyan və xarizmatik lideri olmadan davam etdirmək.

İlkin şokdan sonra Navalnının ən yaxın müttəfiqləri onun azadlıq və həyatı bahasına başa gələn işə geri döndülər: Putinin hakimiyyət üzərində dəmir yumruqlu tutuşunu sarsıtmaq.

Seçicilərin demokratiyanın tətbiqindən çox formallıq kimi görünən seçkidə iştirak etdikləri üç gündən sonuncu olan bazar günü böyük sınaq olacaq.

Həmin gün Navalnının komandası – həyat yoldaşı Yuliya Navalnayanın dəstəyi ilə - “Putinə qarşı Gündüz” adlı etiraz aksiyasının keçirilməsinə çağırır. Onlar rusları bazar günü ölkənin 11 vaxt qurşağı boyu yerli vaxtla gündüz saat 12-də seçki məntəqələrinə axışaraq Putinin hakimiyyəti və Ukraynadakı müharibəsindən narazı olduqlarını nümayiş etdirməyə çağırırlar.

“Bu çox sadə və təhlükəsiz tədbirdir, qadağan oluna bilməz,” Navalnaya video müraciətinə deyib. “Bu, milyonlarla insana onlarla həmfikir insanları görməyə və bizim tək olmadığımız, müharibə əleyhinə olan, korrupsiya və qanunsuzluq əlıyhinə olan insanlala əhatə olunduğumuzu dərk etməyə yardım edəcək.”

Navalnının tərəfdarları onun ölümündən sonrakı həftələrdə, yenilənmiş ilhamdan tutmuş məğlubiyyət hissinə qədər bir sıra müxətlif emosiyalar sərgiləyiblər.

Çərşənbə günü Borisovskoye Qəbirsanlığında Navalnın məzarını ziyarət edən Moskva sakini Mariya Obuxova deyib ki, onun Navalnının dəfn mərasimində gördüyü minlərlə insandan ibarət izdiham ilhamverici idi.

“Bu mənim üçün böyük sürpriz idi, çünki əvvəllər mənə elə gəlirdi ki, burada hər şey ölüb, Rusiya artıq yoxdur, artıq ölüb,” Obuxova deyib və Navalnının məzarına ağ çobanyastığı qoyub.

Qəbirsanlıqdakı bir başqa Moskca sakini, təhlükəsizlik səbəbi ilə soyadını gizlədən Valeri adlı bir kişi deyib ki, onun gələcəyə dair ümidi çox az idi və Navalnının ölümündən sonra onun içində “həqiqətən bir şey qırılıb.”

Navalnaya ərinin ölümündən bir neçə gün sonra onun missiyasını canlı tutmaq qətiyyətini ifadə edib.

O, son bir ayda Avropa Parlamentində çıxış edib, ABŞ Prezidenti Co Baydenlə görüşüb və Qərb ölkələrini Rusiya seçkilərinin nəticələrini tanımamağa çağırıb. O həmçinin Qərbi Putinə yaxın insanlara əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

Seçkidən öncə Navalnının komandası tərəfdarları Putindən başqa hər hansı namizədə səs verməyə ya da iki və ya daha çox namizədin adını qeyd edərək seçki bülletenlərini etibarsız etməyə çağırıb. Komanda həmçinin onlarla könüllüyə adi ruslara zəng edərək, onlardan şikayətlərini soruşmalarını və onları Putinə qarşı yönəltməyə çalışmağı tapşırıblar.

Navalnının baş strateqi Leonid Volkov video vasitəsilə bidirib ki, telefon kampaniyası yayda Navalnı tərəfindən elan olunub və o zamandan bəri “on minlərlə” zəng olunub. “Biz bunu etməyi dayandırmayacağıq,” o söz verib.

Bununla belə Putinə qarşı müxalifətin mübarizəsi müxalifər liderlərinin sürgdə olması ilə daha da çətinləşib.

“(Putinin) rejimi insanları ölkədən uzaqlaşdırır, çünki çox yaxşı başa düşür ki, xaricdən Rusiyadak siyasi prosesə təsir göstərmək imkanları minimaldır,” Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunda qonaq tədqiqatçı olan Nikolay Petrov bildirib.

Vaşinqtonda Avropa Siysəti Təhlili Mərkəzinin direktoru Sem Qrin deyir ki, bazar günü keçiriləcək “Putinə qarşı Gündüz” etirazı Navalnın xaricdə olan komandasının Rusiyada nələr edə biləcəyinin sınağı olacaq.

“Onların etmək istədiyinin bir hissəsi Rusiyada qalanlara tək olmadıqlarına, sürgündəki müxalifətin müəyyən dərəcədə onlara arxa olduğuna və onları dəstəkləyəcəyinə dair mesaj göndərməkdi,” Qrin bildirib. “Amma sual odur ki, onlar onları necə dəstəkləyir?”

Etirazın qarşısını almaq üçün səylər aparılır. Navalnının komandası deyib ki, Putinin əleyhdarlarına onlardan olduğu iddia edilən saxta elektron məktublar göndərilib və seçki məntəqələrinə gündüz 12 əvəzinə axşam 5-də gəlmələri söylənib.

Rusiyanın müstəqil seçki müşahidəçisi Qolos bildirib ki, ən azı bir bölgədə rəsmilərə seçki məntəqələri yaxınlığında toplaşan izdihamla bağlı polisə xəbər vermələri tapşırılıb.

Cümə axşamı Moskva Prokurorluğu xəbərdarlıq edib ki, seçki məntəqələri yaxınlığında qanunsuz aksiyalar “vətəndaşların seçki hüquqlarından sərbəst şəkildə istifadə etmələrinə və seçki komissiyalarının işinə mane ola bilər” ki, bu da beş ilədək azadlıqdan məhrum etmə cəzalasına gətirib çıxara bilər.

Putinin rəqibləri üçün şəxsi risklər yüksək olaraq qalır.

Navalnının komandasının məlumatına görə, Volkov çərşənbə axşamı Litvada evi yaxınlığında hücuma məruz qalıb. Hücum edən şəxslər onun maşının pəncərəsini sındıraraq, üzünü gözyaşardıcı qaz sıxıb və onu çəkiclə döyüb.

Volkov xəstəxanata aparılıb və evə buraxılarkən deyib ki, qolu sındırılıb, ayağı isə o qədər zədələnib ki, yeriyəndə çox ağrıyır.

O, hücuma görə “Putinin əlaltıları”nı günahlandırıb və deyib ki, bu, “Putinə qarşı Gündüz” etirazından öncə komandan qorxutmaq cəhdi olub.

Navalnın ölümündən sonra onun bəzi tərəfdarları gözləntilərini yeninən dəyərləndirirlər.

Son həftələrdə Navalnının Moskvanın cənub-şərqindəki məzarını ziyarət edən çox sayda insandan biri olan Valeri deyib ki, o, bundan sonra müxalifətin perspektivləri ilə bağlı daha az nikbindir.

“Baxmayaraq ki, Yuliya, onun arvadı – onun dul yoldaşı - estafeti əlinə keçirib, mən bunun Aleksey həyatda olduğu zamandakı kimi eyni olacağına əmin deyiləm,” o deyib

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG