ABŞ-ın Əfqanıstan və Pakistana xüsusi elçisi bu gün deyib ki, bu həftənin sonu Lissabonda keçirilən NATO zirvə görüşündə ABŞ-ın Əfqanıstana dair keçid planı təqdim ediləcək. Fransa xəbər agentliyi Riçard Holbruka istinadən məlumat verir ki, o, zirvə görüşünün ABŞ-ın Əfqanıstana dair siyasətində dönüş nöqdəsi olacağına ümid bəsləyir. Holbruk ABŞ-ın Əfqanıstanda döyüş missiyasının 2014-cü ilədək bitməyəcəyini vurğulayıb. Lakin qoşunların ərazidən çıxarılması prosesi gələn ayın iyul ayından başlayacaq. Bu arada əfqanıstan prezidenti ilə ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı komandiri arasında ixtilaf ABŞ-ın aparıcı qəzetinin diqqətində olub. Washinqton Post bildirib ki, General Deyvid Petraeus Hamid Karzayın şənbə günü Vaşınqton Post qəzetinə verdiyi müsahibədən heyrətləndiyini bildirib.
Holbruk ABŞ-ın Əfqanıstanda döyüş missiyasının 2014-cü ilədək bitməyəcəyini vurğulayıb