Accessibility links

NATO və Əfqanıstan qüvvələri birgə əməliyyatlar keçirib


NATO və Əfqanıstan qüvvələri birgə əməliyyatlar keçirib
NATO və Əfqanıstan qüvvələri birgə əməliyyatlar keçirib

Əməliyyatlar zamanı 18 militant öldürülüb

Əfqanıstan Daxili İşlər Nazirliyi deyir ki, əfqan və beynəlxalq qüvvələrin ölkənin cənubunda apardıqları əməliyyatlar zamanı 18 militant öldürülüb. Rəsmilərin sözlərinə görə, əməliyyat dünən Helmənd vilayətində aparılıb. NATO bildirir ki, ərazidə axtarış zamanı alyansın və Əfqanıstanın qüvvələri ondan çox yaraqlını ələ keçirib. Bununla yanaşı, Xost vilayətində hava hücumu nəticəsində bir neçə militant öldürülüb. Dünən Qəzni vilayətində əfqan qüvvələrin reydləri zamanı 3 Taliban yaraqlısı ölüb. NATO habelə bildirir ki, Əfqanıstanın cənubunda bomba partlayışı ki əsgərin əsgərin həyatına son qoyub.

XS
SM
MD
LG