Pakistanda NATO və ABŞ-ın Əfqanıstandakı qüvvələri üçün neft daşıyan 18 tanker hücuma məruz qalıb.Bəlucistan vilayətində həyata keçirilən hücum nəticəsində bir adam yaralanıb. Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Lakin əvvəllər bu kimi hücumlara görə islamçı yaraqlılar günahlandırılmışdı. Noyabr ayında Əfqanıstanın Naqarhar vilayətinə yanacaq daşıyan tankerlər yandırılmışdı.