Accessibility links

NATO və Avropa İttifaqı Krımın ilhaqını müzakirəyə çıxarıb


NATO və Avropa İttifaqı Krımın Rusiya tərəfindən ilhaqının 5-cı ildönümündə məsələni bir daha müzakirəyə çıxarıb.

“Biz qətiyyətlə bu faktı pisləyir və tanımırıq”- deyə, NATO-nun bəyanatında bildirilib.

Biz Ukrayna ilə həmrəyik və bu ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”

Sənəddə Rusiyanın Krımda hərbi təsisatın inşası və Krım-tatar icmasının üzvlərinin hərbsi, habelə onların işgəncələrə məruz qalması kəskin tənqid edilir.

Aİ üzv ölkələr də tənqidi çıxışlar səsləndirib.

“Biz Ukrayna ilə həmrəyik və bu ölkənin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”- deyə, Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik siyasəti şöbəsinin rəhbəri Federika Moqqerini bildirib.

Rusiyanın dövlət baçısı səfəri çərçivəsində yeni elektrik stansyasının açılışında iştirak edib və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Rusiya prezidenti Vladimir Putin iki gün keçirilən referendumdan sonra Krımın Rusiya ərazisinə keçirilməsinə dair sazişi 2014-cü ilin mart yının 18-də imzalayıb.

Frederika Moqqerini
Frederika Moqqerini

Beynəlxalq ictimaiyyət referendumun nəticələrini tanımayıb.

Kiyev və Qərb bu addımı anneksiya adalandırıb. Bundan əlavə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməklə yanaşı, bu, Putinin vətənində populyarlığının artmasına səbəb olub.

Rusiyada martın 18-i rəsmən Krımın Rusiya ilə reyunifikasiyası günü elan edilib.

XS
SM
MD
LG