NATO-ya məxsus qırıcı təyyarələr Liviya lideri Müəmmər Qəzzafinin Tripolidəki iqamətgah yaxınlığındakı ərazini bombardman ediblər.
Bir neçə gurultulu partlayış səsləri paytaxt Tripolini silkələyib və Qəzzafiyə məxsus Bab əl-Əziziyyə iqamətgahından havaya tüstü qalxdığı müşahidə olunub.
NATO təyyarələri bu ərazini dəfələrlə bombalayıblar.
Dünən Liviya liderinə sadiq qüvvələr Qərbi Dağlar regionunda üsyançı mövqelərini bombalamışdılar.
Bu arada üsyançılar Misratadan Tripolidən 135 kilometr şərqdə yerləşən Ziltan şəhərinə yaxınlaşıblar.