Birləşmiş Ştatlar və Qərb Hərbi Alyansının Soyuq Müharibədən sonra Avropada hərbi potenbsialı daha da genişləndirəcəklərini bəyan etmələrindən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən təhlükəsilzik konfransı zamanı NATO-nun başçısı Cens Stoltenberqlə görüşəcək.
Birləşmiş Ştatlar 2017-ci ildə Avropa xərclərini dörd dəfə artıraraq, 3.4 milyard dollara çatdırdığı bir vaxt NATO bölgədə qoşunların sayını və professional təlimləri, silah-sursat, eləcə də çevik qüvvələrin sayını artırıb.
Rusiya NATO-nun bu addımlarının Avropada stabilliyə təhlükə olduğunu deyir. Hərbi alyans isə bu addımları Rusiyanın onun Şərqi Avropa müttəfiqlərinə təcavüzündən narahat olduğu üçün atdığını deyir.
NATO müdafiə nazirləri Baltikyanı dövlətlər və Şərqi Avropanın təhlükəsilziyinin təmin edilməsi yolunda müzakirələr aparmaq üçün bu həftə Brüsseldə bir araya gəldiyi bir vaxt Rusiya ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib, ölkənin mərkəzi və Ukrayna ilə sərhədyanı bölgələrdə növbədənkənar təlimlərə başlayıb.