Accessibility links

NATO generalı Rusiya ilə münasibətləri yenidən nəzərdən keçirməyə çağırır


NATO-nun hərbi komandiri Rusiyanın Ukraynanın Krım regionunun ilhaq etməsilə əlaqədar olaraq alyansın qüvvələrin yerləşdirilməsi və hazırlığı məsələlərini yenidən nəzərdən keçirməli olduğunu deyib.

ABŞ Hərbi Hava qüvvələrinin generalı Filip Bredlov bildirib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri Rusiyaya on ildən artıqdır bir tərəfdaş kimi baxırdı.

O, NATO-nun son aylar Rusiyanın Ukrayna ilə sərhəddə əsgəri qüvvə topladığı və Krımı zorla ilhaq etməsinin şahidi olduğunu deyib. Generalın sözlərinə görə, bu, o deməkdir ki, alyans yeni yanaşma tərzinə malik olmadlırı.

ABŞ generalı bu açıqlamaları İkinci Dünya müharibəsi zamanı müttəfiq qüvvələrin desnat çıxarma əməliyyatının 70 illiyi münasibətilə Fransada keçirilən rəsmi tədbirdən sonra Amerikanın Səsinin müxbiri Henri Ridcvellə müsahibə zamanı verib.

General Bredlov bildirib ki, NATO-nun hərbi komandiri kimi ona alyansın hərbi hazıqlıq səviyyəsinin artırılmasına və Baltik ölkələr və Polşa ilə əməkdaşlığın gücləndirilməsi işləri tapşırılıb. Onun sözlərinə görə, bu, ölkələr Rusiya ilə sərhəddədir və Moskvanın onların ərazisində öz nüfuzunu qaytarmaq istəyə biləcəyindən narahatdır.
XS
SM
MD
LG