Accessibility links

Rusiya NATO-nun Türkiyə-Suriya sərhədlərində müdafiə sistemi yerləşdirilməsi planına etiraz edib


Rusiya NATO-nun Patriot raket sisteminin Türkiyə-Suriya sərhədlərində yerləşdirilməsi planına etiraz edib. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib ki, Türkiyənin belə bir tələbi regionda sabitsizliyə yol aça bilər.

Dünən NATO səfirləri Türkiyənin raketlərdən müdafiə sistemi barədə tələbini müzakirə edib. Bir neçə həftə əvvəl NATO və Türkiyə rəsmiləri Suriya sərhədləri boyunca 900 km-lik ərazidə təhlükəsizliyin təmin edilməsi yollarını müzakirə etmişdi.

NATO-nun baş katibi Anders Fogh Rasmussen deyib ki, system Türkiyənin müdafiəsi məqsədi daşıyır. Türkiyə isə onu raketlərlə təmin edəcək müttəfiqlərə malik olduğunu bildirib. Qeyd edək ki, bu sistemə yalnız ABŞ, Almaniya və Hollandiya malikdir.
XS
SM
MD
LG