Accessibility links

Panetta: Əfqanıstanda NATO əsgərlərinə qarşı hücumların dayandırılması üçün effektiv ölçülər görülür


ABŞ müdafiə naziri Leon Panetta Əfqanıstanda NATO əsgələrinə qarşı hücumlara son qoyulması məqsədi ilə effektiv ölçülər götürüldüyünü bildirib. Nazir hücumların koalisiya qüvvələri ilə əfqan əsgərləri arasındakı etibarı aradan qaldırdığını deyib.

Brüsseldə NATO-nun müdafiə nazirləri qarşısında çıxış edən Panetta bildirib ki, hücumların hansı motivlərə əsaslanmasından asılı olmayaraq, düşmənlər bu taktikadan əfqan və koalisiya əsgərləri arasında nifaq salmaq üçün istifadə edir.

Panetta 11 ildən artıq sürən Əfqanıstan müharibəsində nailiyyət əldə edildiyini və düşmənlərin hücumlarının bu nailiyyətə mane ola bilməyəcəyini deyib. ABŞ müdafiə naziri deyib ki, NATO düşmənlərinin hədəflərinə nail olmaması üçün bütün qabiliyyətini səfərbər etməyə qadirdir.

NATO-nun baş katibi Anders Fogh Rasmussen də alyansın döyüş meydanlarında məğlubiyyətə uğradığı və ya qətiyyətini itirdiyini inkar edib. O deyib ki, NATO və onun müttəfiqlərinin Əfqanıstanda çətin zamanlar yaşamasına baxmayaraq, NATO-nun strategiyası işləyir.

Bu il Əfqanıstanda 52 koalisiya əsgəri öldürülüb.
XS
SM
MD
LG