NATO-nun Tripolidə hava zərbəsi nəticəsində təsadüfən mülki vətəndaşlar öldürülüb. Alyans bildirir ki, dünən həyata keçirilən hücum raketlərin yerləşdiyi bölgəni hədəf almışdı, lakin silahlardan birinin nasazlığı səbəbi ilə bomba hədəfinə dəyməyib. NATO hadisəyə görə təəssüfünü bildirib. Liviya rəsmiləri NATO-nun hücumu zamanı ikisi uşaq olmaqla, on beş adamın həlak olduğunu deyir.