Birləşmiş Ştatlar Suriya hökumətinin Raqqada İslam Dövləti qrupuna qarşı keçirdiyi hava hücumu zamanı onlarla mülki vətəndaşın öldürülməsinə görə dəhşətə gəldiyini bildirib.
İngiltərədə yerləşən Suriya İnsan Haqları qrupunun məlumatına əsasən hücum zamanı 52 mülki vətəndaş daxil olmaqla, 95 nəfər həyatını itirib.
ABŞ Dövlət Departamentinin yaydığı bəyənatda hücum qinanılaraq, Dəməşqin beynəlxalq hüququ pozduğunu və insan haqlarını pozduğu deyilir.
Suriya hökuməti 2011-ci ilin mart ayından bəri prezident Bəşar Əl-Əsədə müxalif qruplara qarşı mübarizə aparır. İslam Dövləti qrupu isə Suriyanın şərq bölgələrini işğal edərək, xilafət elan edib.