Accessibility links

NATO xarici işlər nazirləri Ukrayna üçün təklif olunan hərbi fondu müzakirə edəcək


NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

Çərşənbə günü Brüsseldə toplanan NATO xarici işlər nazirlərinin Ukrayna ordusuna dəstək üçün 100 milyard dollarlıq fond yaradılması təklifini müzakirə edəcəyi gözlənilir.

NATO-nun baş katibi Yens Stoltenberq tərəfindən irəli sürülən plan, həmçinin NATO-nun üzv ölkələrin göstərdiyi hərbi yardımın koordinasiyasında birbaşa iştirakını da nəzərdə tutur. Bu, ABŞ-ın rəhbərlik etdiyi 50-dən çox ölkədən ibarət koalisiyanın iştirakı deməkdir.

Stoltenberq çərşənbə günü jurnalistlərə bildirib ki, Ukraynaya dəstəyin könüllü, qısamüddətli təkliflərdən daha az, NATO-nun uzunmüddətli öhdəliklərindən daha çox asılı olması vacibdir. O, Ukrayna komandirlərinin döyüş planlarını proqnozlaşdırıla bilən dəstəklə daha yaxşı qura biləcəklərini deyib.

Stoltenberq deyib ki, bu plan Rusiyaya Ukraynanın müttəfiqləri ona dəstək verməkdən yorulsun deyə müharibəni kifayət qədər uzun müddət davam etdirməsinin qalib gələ bilməyəcəyi mesajı da verəcək.

"Ukraynanın təcili ehtiyacları var. Dəstək verməkdə hər hansı bir gecikmə döyüş meydanında nəticələrə malikdir" Stoltenberq bildirib.

Təkliflə bağlı yekun qərar NATO dövlət başçılarının iyul ayında keçiriləcək sammitdə görüşənə qədər verilməyəcək.

Brüssel danışıqları ərəfəsində ABŞ dövlət katibi Antoni Blinken ABŞ Konqresini Ukraynaya hərbi yardımın verməsinə çağırıb.

Blinken çərşənbə axşamı Fransanın müdafiə naziri Sebastian Lekornu ilə Parisdəki müdafiə obyektinə səfəri zamanı "Biz ukraynalıların özlərini müdafiə etmək üçün ehtiyac duyduqlarını, xüsusən də döyüş sursatları və hava hücumundan müdafiə vasitələrinə sahib olmalarının vacib olduğu bir məqamdayıq" deyib.

Konqres Bayden administrasiyasının Ukrayna Silahlı Qüvvələrini yenidən silahla təmin edəcək və ölkənin Rusiya hücumlarından qorunmasına yardım edəcək əlavə büdcə tələbini hələ təsdiqləməyib.

Bayden Respublikaçıların rəhbərlik etdiyi Nümayəndələr Palatasını hərbi və maliyyə yardımı paketini təsdiqləməyə çağırıb. Nümayəndələr Palatasının Respublikaçıları daxili məsələləri prioritetləşdirərək, bununla bağlı fəaliyyəti aylarla təxirə salıb.

Forum

XS
SM
MD
LG