Accessibility links

NATO Baş Katibi Türkiyənin İsveçin alyansa qoşulmasını dəstəkləməsilə sammiti "tarixi" adlandırıb


Lithuania's President Gitanas Nauseda, NATO Secretary-General Stoltenberg, US President Joe Biden, Britain's PM Sunak and Turkey's President Recep Tayyip Erdogan pose with other participants for a family photo at NATO Summit in Vilnius, July 11, 2023.
Lithuania's President Gitanas Nauseda, NATO Secretary-General Stoltenberg, US President Joe Biden, Britain's PM Sunak and Turkey's President Recep Tayyip Erdogan pose with other participants for a family photo at NATO Summit in Vilnius, July 11, 2023.

NATO baş katibi Yens Stoltenberq çərşənbə axşamı deyib ki, o, Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edəcəyinə və Litva paytaxtında iki günlük sammitə toplaşan alyans liderlərinin Ukraynanın özünün istəyi ilə bağlı "çox güclü və müsbət mesaj göndərəcəyinə tamamilə əmindir".

Stoltenberq deyib ki, NATO-nun Vilnüs sammiti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların aylarla sürən çıxılmaz vəziyyətin həlli ilə nəticələnməsindən sonra "başlamamışdan əvvəl artıq tarixi əhəmiyyətlidir". Prezident Ərdoğan Stokholmu Türkiyə hökumətinin ekstremist olaraq gördüyü siyasi partiya nümayəndələrinə qarşı təzyiqlər etmək üçün kifayət qədər addım atmamaqda ittiham edirdi.

Ərdoğan İsveçin Türkiyə parlamentində təklifinin təsdiqini dəstəkləyəcəyini vəd edib. Yekdilliklə qəbul edilməli olan bir prosesdə hələ təsdiqini verməyən digər NATO üzvü olan Macarıstanın da eyni addımı atması gözlənilir.

Sammit ərəfəsində Ərdoğan göründüyü kimi İsveç məsələsini Ankaranın Avropa İttifaqına üzv olmaq tələbləri ilə əlaqələndirməyə son cəhd göstərməyə çalışırdı.

"Birləşmiş Ştatlar (Türkiyənin) Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir" - deyə, Milli Təhlükəsizlik Şurasının sözçüsü Amerikanın Səsinə bildirib. "Bizim diqqətimiz NATO alyansına qoşulmağa hazır olan İsveçə yönəlib", administrasiya siyasətini müzakirə edərkən adının açıqlanmamasını istəyən rəsmi nümayəndə qeyd edib.

Sammitin ilk gününün sonunda Ərdoğanla çərşənbə axşamı görüşməyə hazırlaşan ABŞ prezidenti Co Bayden Türkiyənin İsveçə dəstəyi xəbərini alqışlayıb.

"Mən (Türkiyə) Prezident (Rəcəb Tayyib) Ərdoğan və Türkiyə ilə Avro-Atlantik məkanda müdafiə və çəkindirmə qabiliyyətinin artırılması üzrə işləməyə hazıram", ABŞ prezidenti açıqladığı bəyanatda bildirib. "Mən baş nazir Kristerssonu və İsveçi NATO-nun 32-ci müttəfiqimiz kimi qarşılamağı səbirsizliklə gözləyirəm" – deyə, ABŞ lideri əlavə edib.

Bayden administrasiyası Türkiyənin ABŞ-dan 40 F-16 döyüş təyyarəsi almaq səyini dəstəkləyib. Bu razılaşma ABŞ qanunvericilərinin etirazı ilə qarşılaşmışdı. Onlar razılığın Türkiyənin İsveçin NATO-ya qoşulmasını dəstəkləməyənə qədər razılaşmanın irəliləməməli olduğunu bildirirdi.

XS
SM
MD
LG