Accessibility links

Natiq Cəfərli: Azərbaycan Çin məhsullarının Avropaya çatmasında tranzit olmağa çalışacaq [Audio-Müsahibə]


İqtisadçı ekspert Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə konteyner qatarının test sınağının ticarətin inkişafına təsirindən danışıb

İqtisadçı ekspert Natiq Cəfərli Çin-Qazaxıstan-Azərbaycan marşrutu ilə konteyner qatarının test sınağı və bu ilin sentyabrında layihə çərçivəsində Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə ikinci konteyner qatarının göndərilməsinin daxili və beynəlxalq transit, habelə ticarətin inkişafına təsirindən danışıb.

please wait

No media source currently available

0:00 0:07:59 0:00

O, Azərbaycanın ciddi vəsait qazanmağa və regional layihələrdə lider rolunu bir daha sübüt etməyə çalışdığını deyib.

Ekspertin fikrincə, Azərbaycan daha cəlbedici təkliflərlə çıxış edərək, Uzaq Şərqdən, Çindən gələn məhsulların Avropaya çatdırılması zəncirinin bir hissəsi olmağa çalışacaq.

Natiq Cəfərli Azərbaycanın yükdaşınmada rəqiblərinə üstün gəlməkdə çətinlik çəkəcəyini düşünür. O, bununla parallel olaraq start verilən bir neçə iri layihələrin başa çatdırılması ilə Azərbaycanın yaxşı idarəetməyə ehtiyacı olacağını deyib.

İlin sonunadək Bakı-Tbilisi Qars dəmir yolunun istifadəyə verilməsi ilə bağlı Natik Cəfərli bu marştrutun işə düşməsinin regiona yeniliklər gətirəcəyini qeyd edib.

İqtisadçı ilkin mərhlədə 5-6 milyon ton yükün Gürcüstan, Türkiyə və Avropaya daşınmasının nəzərdə tutulduğunu və bunun regiondakı ölkələrin iqtisadi inteqrasiyasına, yükdaşınmaların həcminin sürətinin artmasına, həm də ticarət dövriyyəsinin sürətlənməsinə xidmət edəcəyini vurğulayıb.

Dəmir yolunun regional münaqişə ərazilərindən keçməsi ilə iqtisadi layihənin təhlükəsizliyi baxımından tədbirlər görülməsinin vacibliyini irəli sürən Natiq Cəfərli bildirib ki, gələcəkdə müəyyən problemlər yaşana bilər. O, dəmir yolunun böyük bir hissəsinin Gürcüstanın Axalkələk bölgəsindən keçdiyini və bölgədə ermənilərin sıx yaşadığını nəzərə alaraq təxribatlar ehtimalının yüksək olduğunu bildirib.

Ekspert Azərbaycanın öz torpaqlarının işğal faktını əsas gətirərək Ermənistanı layihədən kənar saxlaması və gələcəkdə Rusiyanın bölgəyə təsirini nəzərə alaraq ciddi tədbirlər görülməsinin mühümlüyünü önə çəkib.

XS
SM
MD
LG