Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də növbədənkənar seçkilərin keçirilməsi barədə sərəncam imzalayıb. Prezidentin sərəncamı siyasi partiya rəhbərləri tərəfindən birmənalı qarşılanmayıb. REAL hərəkatının icraçı katibi Natiq Cəfərli Amerikanın Səsinin “Amerika icmalı” proqramına müsahibədə növbədəkənar seçkilər keçirilməsi qərarını şərh edib.
Seçkilərin ertələnməsinin səbəbləri
Birinci səbəb məncə, ondan ibarət idi ki, paralel olaraq Rusiyada da seçkilər keçirilir, martın ayının 18-də səsvermədir. Bütün Avropanın, dünyanın diqqəti əsasən Rusiya seçkilərinə yönələcək. Və bu fonda Azəraycanda keçirilən seçkilər daha az diqqət cəlb edə bilər, məncə. Bu da məncə, Azərbaycan hökumətinə daha rahat və obrazlı desək, daha səs-küysüz seçki keçirməsinə şərait yaradacaq, imkan yaradacaq. Və Rusiya seçkilərinin kölgəsində keçəcək Azərbaycan seçkiləri. Səbəblərdən biri budur məncə. İkinci səbəb odur ki, indi Azərbaycanda təqribən son 6-7 ayda neft qiymətlərinin kəskin artımı ilə əlaqədar, təqbirən 35 faiz Azərbaycan neftinin qiyməti artıb, müəyyən iqtisadi sabitlik yaranıb. Az da olsa, cüzi də olsa artım da müşahidə olunur. Təqribən 1 faizə yaxın iqtisadiyyatda artım da var. Qiymətlər sabitləşib, dollar sabitləşib. İqtisadiyyatın bu sabitləşməsi fonunda bir az gəlirlər artıb. Valyuta rezervləri ehtiyatları artıb. Bu fonda seçki keçirmək daha rahatdır, daha asandır. Çünki kimsə payızda hansı iqtisadi situasiyanın olacağını öncədən söyləyə bilməz və mənə elə gəlir ki, hətta yay aylarından sonra Azərbaycan iqtisadiyyatında növbəti böhran dalğaları yaşana bilər. Çünki yeganə pozitivliyin səbəbi neft qiymətləri idi. İndi neft Amerikadakı hasilatın artımı fonunda enmə trendinə keçib və yenidən 50-55 dollara enə bilər. Yəni indiki iqtisadi canlanma fonunda seçki keçirmək daha çox arqument gətirir hökumətə, belə demək mümkünsə. Və seçkilərdən sonra daha rahat hərəkət etməyə imkan verəcək. Yəni həm devalvasiya ilə bağlı, manatın taleyi ilə bağlı, həm də qiymət artımı ilə bağlı daha asan qərarlar qəbul edə biləcəklər. Üçüncü səbəb məncə, ondan ibarətdir ki, Azərbaycanda artıq ikili bir idarəetmə sistemi formalaşıb. Buna son qoyulmalıdır. Yəni ya vitse-przidenltik institutları normal fəaliyyətə başlamalıdır, ya nazirlər kabineti normal fəaliyyətini davam etdirməlidir. İndi ikitirləik yaranıb sanki. Həm birinci vitse-prezidentin özünün orqanları yaranır, özünün strukturları yaranır və bunlar normal işləməyi üçün səlahiyyət tələb edir, belə demək mümkünsə. Həm də köhnə struktur yerində qalıb. Mənə elə gəlir ki, seçkilərdən sonra bu ikitirəliyə, iki istiqamətdə gedən işlərə son qoyulmaq üçün müəyyən kəskin addımlar atıla bilər, müəyyən dəyişikliklər, idarəetmənin formasında müəyyən dəyişikliklər ola bilər. Nəhayət sonuncu səbəb kimi, bəlkə də bu, əsas səbəblərdən biri deyil. Amma bizim fikrimiz bundan ibarətdir ki, REAL hərəkatı olaraq, bizim sədrimiz beş ildir həsbdədir, prezidentliyə əsas namizədlərdən biri idi, əsas alternativlərdən biri idi. İndi isə onun həbsdən çıxması üçün müəyyən münbit şərait yaranır. Yaxın həftələrdə, yaxın aylarda İlqarın azadlıqda olması gözlənilir. Və İlqar azadlığa çıxana qədər bu seçkilər yekunlaşmış olacaq məncə. Və bu əsas səbəb olmasa da, səbəbələrdən biri kimi qeyd edilməsi mümkündür.
Seçkiyə inam kökündən sarsılıb
Azərbaycanda seçki institutuna inam kökündən sarsılıb açığı. Bu, çox təəssüfedici haldır və hökumət üçün əslində çox təhlükəli bir haldır. İnsanlar seçki institutuna inanmırlar və ümumiyyətlə, seçkilər yolu ilə hər hansı bir dəyişikliklərə, seçkilər yolu ilə hər hansı ciddi nailiyyətlər əldə etməyə inam sıfra yaxınlaşıb. Bu çox təhlükəli haldır. Ölkə üçün təhlükəli haldır. Və insanları əslində, yeganə düşündürən, verilən sual nəyə görə önə çəkilməsi məsələsi idi. Yəni səbəblər maraqlı idi. Amma kim qalib olacaq, seçkilər necə keçəcək, hansı formada keçəcək, artıq demək olar ki, heç kimdə şübhə doğurmur. Yəni seçkilərin saxtalaşdırlıması ilə bağlı, indiki prezidntin öz yeddi illik hakimiyyətdə, prezidentlikdə qalacağı ilə bağlı demək olar ki, aşağı, yuxarı eyni fikirdir. Yəni seçki yolu il hər hansı bir dəyişikliklərə nail olmaq çətin olacaq məncə. Ona görə də cəmiyyətdə gedən əsas fikirlər, əsas sözlər sadəcə səbəblərlə bağlı idi. Mənə çox qəribə gəldi ki, ən çox aldığım sual ondan ibarət oldu sadə vətəndaşlardan ki, seçkilərin önə çəkilməsi, ola bilərmi ki, seçkilərdən sonra manatın kəskin devalvasiyası olsun. Yəni insanlar hakimiyyətdə kimin gələcəyi, seçkilərin necə keçəcəyi ilə deyil, seçkilərdən sonra hansı iqtisadi vəziyyətin olması, manatın taleyi ilə daha çox maraqlanırdılar. Günümüzün reallığı təəssüf ki budur.
Seçkilərdən sonra struktur islahatları ehtimalı yüksəkdir
2016-cı ilin referendumundan sonra vitse-prezidenltik institutu yarandı. Birinci vitse-prezident təyin olundu, digər vitse-prezidentlər hələ təyin olunmayıb. Bunların funksiyaı nədən ibarət olacaq, hansı işlər görəcəklər, hansı sahələrə cavabdehlik daşıyacaqlar, bunlar bilinmir. Görünən odur ki, yeni idarəetmə formasına, bu, yaxşı olacaq, pis olacaq, bunu demək çətindir indidən, amma hər halda yeni idarəetmə formasına keçidlə bağlı sistemdaxili ciddi müqavimət var. Və sistemdaxili müqavimətin məqsədi indan ibarətdir ki, köhnə sistem patronaj sistem idi, oliqarxik bir sistem idi və nazirlər öz nüfuzlarını və postlarını itirdikdən sonra hansı yolla ayaqda qala biləcəkləri ilə bağlı ciddi əndişə duyur. Yəni yeni institutlar fortmalaşacaqsa, yeni vitse-prezidentlik institutu yaranacaqsa, nazirlər kabineti açıığı bir atavizmə çevrilə bilər. Nazirlər kabinetinə ehtiyac qalmaya bilər məntiqlə. Və yaxud da əks proses də ola bilər ki, baş nazir və yaxud da nazirlər kabineti gücləndirilir və başqa vitse-prezidentlər təyin olunmur və birbaşa birinci vitse-prezidentin sosial-iqtisadi məsələlərlə bağlı idarəetməsinə verilir. Yəni məntiq də artıq onu deyir ki, bu ikitirəliyə son qoymaq lazımdır. Ya vitse-prezidentlik institutları yaranıb güclənməlidir və yaxud da nazirlər kabineti getdikcə sıradan çıxarılır, formal bir quruma, sonradan isə üumiyyətlə ləğv edilmiş bir quruma çevrilməlidir. Mənim fikrim odur ki, əslində mən partlament respublikası tərəfdarıyam, bizim təşkilat da bunun tərəfdarıdır. Amma elə güclü prezident respublikalarında nazirlər kabinetinə zatən ehtiyac yoxdur. Nazirlər kabineti olmamalıdır. Nazirlər kabinetini yerinə vitse-prezidentlik institutları istiqamətlər üzrə, sahələr üzrə vitse-prezidentlik institutları yaranması və daha effektiv idarəetmə modelinə keçid üçün bir imkan yarana bilər. Mənə elə gəlir ki, seçkilərin önə alınmasından sonra, yəni aprel ayının 11-dən sonra, seçkilərin çox rahat keçəcəyi görsənir. Hələlik görünən odur. Çünki əsas siyasi qüvvələr seçkilərdə iştirak etməməklə bağlı qərar veriblər. Daha rahat keçəcəyi gözlənilir. Apreldə seçkilər bitdikdən sonra, andilçmə mərasimi bitdikdən sonra qanunvericiliyə görə də nazirlər kabineti buraxılmalıdır. Baş nazir də istefaya göndərilməlidir, nazirlər də istefaya göndərilməlidir. Mənə elə gəlir ki, seçkilər bitdikdən sonra çox maraqlı dəyişikliklər olacaq hakim komandanın içində. Və baş nazirin də dəyişməsi ehtimalı çox yüksəkdir. Onun müavinlərinin də dəyişməsi ehtimalı çox yüksəkdir. Ola bilər ki, seçkilərdən sonra bu struktur islahatlarında, yəni strukturun dəyişməsində ciddi addımlar görək. Amma bir daha təkrar edirəm, bunun yaxşı və ya pis olacağını indidən demək çətindir. Amma fakt olaraq yeni bir idarəetmə modelinə keçid çox güman ki baş verəcək.