Accessibility links

İran və dünya qüdrətləri nüvə danışıqlarını davam etdirməyə razı olub


Dünya qüdrətləri və İran arasında mübahisəli nüvə proqramına dair iki gün davam edən görüş danışıqların davam etdirilməsinə dair razılıqla nəticələnib. Ümumilikdə görüş zamanı mühüm nailiyyət əldə edilməyib.

Dünən Almatıda keçirilən görüşdən sonra İranın yüksək səviyyəli vasitəçisi Səid Cəlili deyib ki, BMT Təhülkəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın son təklifi əvvəlkilərlə müqayisədə daha realdır.

ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya nüvə zənginləşdirilməsi sahəsində fəaliyyətlərin müəyyən hissəsini dayandırdığı təqdirdə İrana qarşı tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini təklif edib.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Ketrin Əşton deyib ki, qrup iranlı vasitəçilərin yeni təkliflərə müsbət münasibət göstərəcəyinə ümüd bəsləyir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri İranın Natanz uran zənginləşdirmə obyektində yeni nəsil sentrifuqlar quraşdırdığını deyib. ABŞ rəsmiləri bunu təhrikçi addım kimi qiymətləndirib.
XS
SM
MD
LG