Accessibility links

Natali Portman ilk dəfə rejissor qismində


Natali Portman kamera qarşısına qayıtmağa hazırdır. Amma deyəsən bu dəfə o, rejissor qismində ilk dəfə kamera arxasına keçəcək.

Oskar qalibi aktrisa Natali Portman məşhur israilli yazıçı Amos Ozun avtobiaqrafik “Məhəbbət və Zülmət Nağılı” adlı əsəri əsasında eyni adlı yeni layihə üzərində işləyir. Və filmin rejissoru özü olacaq. Film 2014-cü ilin əvvəlində Qüdsdə çəkiləcək və Natali oktyabr ayında yerli aktyorlarla işləmək üçün İsrailə gedəcək.

Aktrisa filmin ssenarisini artıq yazıb. Amma onun işi bununla bitmir. Portman həm də filmdə Ozun anasının obrazını yaratmaq üçün aktrisa qismində çəkilmək qərarına gəlib.

Filmin ivrit və ya ingilis dilində olacağı hələ məlum deyil. Amma yəhudi film fondu artıq filmin büdcəsinə 400 min dollar yatırıb.

Görünür Natalinin arzusu həyata keçəcək.
XS
SM
MD
LG