Accessibility links

NASA şənbə günü fəzaya yeni nəsil kosmik teleskop göndərməyə hazırlaşır


Rasti Uitman tarixi Ceyms Vebb Kosmik Teleskopunun kosmosa yola salınmasından sonra qarşıdakı ayı belə adlandırır - "Ağ düyün". Teleskopun şərti olaraq dekabrın 26-da yola salınması planlaşdırılır.

Uçuş gününü NASA-nın Merilənd ştatının Baltimor şəhərindəki təhlükəsiz idarəetmə otağında işləyən Uitman və həmkarları nəfəslərini çəkərək izləyəcək. Lakin bu sadəcə bir başlanğıcdır.

Vebb teleskopunun fəzaya buraxılmasından sonrakı altı ay ərzində Uitman və Kosmik Teleskop Elm İnstitutunun komandası onu yaxından izləyəcək və düzgün görüntülər əldə edilməsi üçün kiçik sazlamalar həyata keçirəcək. Bu, bütün dünyadakı astronomlara kainatı tədqiq etmək üçün mükəmməl bir imkan yaradacaq.

Teleskopla bağlı ən vacib məqamlar missiyanın başlanğıcında həyata keçirilməldir. Belə ki, teleskop öz dəqiq trayektoriyasına yerləşdirilməli, eyni zamanda isə böyük güzgülərini və eləcə də onu Günəşin şüalarından qoruyacaq pərdəsini açmalıdır. Bütün bunlar təhlükəli və olduqca kompleks xoreoqrafiya nəticəsində baş verməlidir.

Uitman nəhayət "30 günün sonunda hər şey cədvələ uyğun həyata keçirilsə nəfəs ala biləcəm" deyir.

Uitman bildirir ki, teleskop fəzaya çıxıb tam yerləşdirildikdən sonra tam avtonom rejimdə işləyəcək. Lakin hər hansı gözlənilməz probleməri həll etmək üçün Baltimordakı komanda vəziyyətə nəzarət edəcək.

Teleskop praktiki olaraq 7 gün 24 saat fəaliyyət göstərəcək. Bu da alimlərə ilin 8,760 saatı ərzində böyük kəşflər etməyə imkan verəcək.

Ayın qaranlıq tərəfində yerləşdiriləcək Ceyms Vebb teleskopu sələfi Habldan fərqli olaraq ultrabənövşəyi şüaları görməyə imkan verəcək. Üstəlik bu teleskopun güzgüləri əvvəlki ilə müqayisədə qat-qat böyükdür. Bu da astronomlara Qara dəlikləri yaxında araşdırmağa, ekzoplanetlər, ulduz topalarını görməyə imkan verəcək.

XS
SM
MD
LG