Accessibility links

NASA-nın uçuşlarını özəl şirkətlərə həvalə edəcək [Video]


NASA-nın uçuşları özəl şirkətlərə həvalə olunacaq
please wait

No media source currently available

0:00 0:01:35 0:00

ABŞ son dəfə 2011-ci ildə Beynəlxalq Fəza Stansiyasına astronavtları öz fəza gəmisi ilə göndərdikdən sonra yeni astronavtların göndərilməsini Rusiya fəza gəmisi ilə həyata keçirilməyə başlandı. Lakin bu, bir neçə ilə dəyişə bilər. NASA və bir neçə özəl fəza şirkəti təkmilləşdirilmiş kapsul inkişaf etdriməyə səy göstərirlər.

4.2 miliyard dollar dəyərində olan Boeing CST-100 Starliner lahiyəsi 2017-ci ildən başlayaraq astronavtarı Beynəlxalq Fəza Stansiyasına daşıyacaq.

Boeing və digər ABŞ fəza gəmisi istehsalçısı Space X bildirir ki, onlar astronavtları Rusiya fəza gəmisi Soyuzdan 20 miliyon dollar ucuz apara biləcək.

Lahiyənin başa çatmasına az vaxt qaldığı üçün astronavtlar artıq Boeingin istifadəyə verdiyi uçuş simulatorlarında təlimdən keçir.

Sunita Ulliams: “Bu, iki fərqli simulatordan biridir. Bu əsasən sistemi və pilot kabinini başa düşməyə və komanda üzvlərini gəminin içərisində necə davranacağına kömək edəcək.”

Fəza gəmisinin dizaynı və idarəsi əvvəlki ilə fərqlidir. Yüzlərlə düymə yerinə astronavtlar həssas ekrana toxunma və idarəetmə ilə uçacaqlar.

Erik Bo: “Bu, avtomobili sürməyi öyrənmək kimidir. Sadəcə burada fəza gəmisini sürməyi öyrənirsiz.”

Bununla yanaşı, NASA fəza gəmisi Orion-u təkmilləşdirərək yeni güclü Space Launch Systemi raketini qurub. Təşkilat qısa uçuşları özəl şirkətlərə həvalə edib, fikrini daha uzaq məsafələrə-insanın Marsa uçması kimi lahiyələrə cəmləşdirməyi planlaşdırır.

XS
SM
MD
LG