Polis İmişli və Zaqatala rayonlarında 3,8 hektar sahədə yabanı halda bitmiş 7 ton 950 kiloqram çətənə kolunu məhv edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə iyulun 17-də İmişli rayon Polis Şöbəsi rayonun Əliyetməzli kənd bələdiyyəsinə məxsus 1,8 hektar sahədə yabanı halda bitmiş çəkisi 1 ton 950 kiloqram çətənə kolu aşkar edərək məhv edib.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi, Zaqatala rayon Polias Şöbəsi və Daxili Qoşunların əməkdaşları rayonun Uzunqazmalar kənd bələdiyyəsinə məxsus 2 hektar sahədə yabanı halda bitmiş çəkisi 6 ton çətənə kolunu məhv edib.