Məlumdur ki, profilaktik yoxlamalar həm sağlamlığımıza, həm də cibimizə xeyirdir. Yalnız xəstə ikən deyil, adı hallarda belə vaxtaşırı həkimə getmək xəstəliklərin erkən çağında qarşısını alır və bahalı müalicələrə ehtiyac qalmır.
Yaxın zamanda yeni texnologiya xəstələrə bəzi prosedurları evdə etməyə, nəticələri isə həkimə göndərməyə imkan verəcək. Bu texnologiya sadəcə insanların işini asanlaşdırmayacaq, bu, eləcə də həyatları xilas edəcək.
Əgər siz bu cihazdan hər gün istifadə etsəniz, günlərin birində xəstələnmisinizsə, bu məlumat təcili həkimə çatacaq və erkən zamanında xəstəliyin qarşısı alınacaq.
NaNose adlı bu cihaz İsrailin Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanıb. İnstitutun alimi Hossam Haikin dediyinə görə, nəfəs sisteminə kiçik molekullar yeritməklə bu cihaz xərçəngin bir neçə növü, o cümlədən ağ ciyər hipertoniyası və Parkinson də daxil edilməklə, 17 növ xəstəliyi aşkar edə bilir. “Bu molekullar çox kiçikdir və qana çox tez qarışa bilir. Beləliklə onları asanlıqla nəfəs-boru sistemində, sidik və nəcisdə, eləcə də dəridə aşkar etmək olar.”
Hossam Haik deyir ki, əsas məqsəd bu kiçik, mobil telefon ölçüsündəki cihazın xəstə tərəfindən istifadə edilməsi və lazımı məlumatı həkimə çatdırmasıdır. “Əgər siz bu cihazdan hər gün istifadə etsəniz, günlərin birində xəstələnmisinizsə, bu məlumat təcili həkimə çatacaq və erkən zamanında xəstəliyin qarşısı alınacaq.”
Bu cihaz artıq kliniki sınaqdan keçib. NaNose 1404 təhlil üzrə xəstəliklərin 86 faizini düzgün diaqnozlaşdırıb. Alimlər bu cihazın artıq bir neçə texnologiya şirkətinə satıldığını və iki ildən sonra mobil telefon ölçülü NaNosun artıq bazara çıxarılacağını deyir.