Accessibility links

Ohayo konqresmeni Nensi Pelosiyə rəqib olacağını açıqlayıb


ABŞ Nümayəndələr Palatasında Ohayo təmsilçisi Tim Rayan bildirib ki, o, 14 il Demokrat Partiyasının palatada lideri olan Nensi Pelosi ilə mübarizə aparacaq. O, partiyanın seçkilərdə məğlubiyyətindən sonra bu qərara gəlib.

2003-cü ildən Konqresdə olan 43 yaşlı Rayan dünən açıqladığı bəyanatında deyib ki, demokratlar son 18 ilin yalnız 4-də Nümayəndələr Palatasında əksəriyyətdə olub.

Keçən həftənin məğlubiyyəti bizi daha da geri aparır. Mənə səs verin və mən bütün enerjimi partiyamızı əksəriyyətə gətirməyə sərf edəcəm.
Tim Rayan

"Keçən həftənin məğlubiyyəti bizi daha da geri aparır. Mənə səs verin və mən bütün enerjimi partiyamızı əksəriyyətə gətirməyə sərf edəcəm" - deyə köhnə işçi sinfindən olan Rayan bildirib. O, Ohayonun şimal-şərq bölgəsindədir və əsasən respublikaçı kimi tanınan bu ərazidə demokratlar nüfuz əldə etmək uğrunda mübarizə aparır: "Hazırki və ehtiyatlılıq və məyusluq dövründə biz hökmən idarəçiliyə yeni səslər gətirməliyik"

Seçkilərdə məğlubiyyət

Noyabrın 8-də keçirilən seçkilərdə demokratların daha yaxşı nəticələr əldə edəcəyi gözlənilirdi, buna səbəb isə respublikaçıların prezidentliyə namizədi Nyu-Yorklu biznesmen Donald Trampın siyasi arenada heç bir təcrübəsinin olmaması idi.

Ancaq nəticələr göstərdi ki, respublikaçılar həm Senat, həm də Nümayəndələr Palatasında əksəriyyəti ələ keçirdi.

Rayan qərarını bir neçə gün nəzərdən keçirəndən sonra dünən ictimaiyyətə açıqlayıb. Kaliforniya təmsilçisi 76 yaşlı Pelosi demokratların üçdə ikisinin səsini əldə edəcəyinə əmin olduğunu iddia edib. Demokratların səsverməsi noyabrın 30-da keçiriləcək.

Oradakı üzvlər dediyi kimi seçkilərdə baş verənlərin məsuliyyətini tam olaraq üzərimizə götürə bilmərik... Bir çox şey bizim nəzarətimizdən kənarda idi.
Nensi Pelosi

"Mən insanların söylədiklərinə hörmətlə yanaşıram. Çoxlu narahatlıq var" - deyə Pelosi potensial sınaqla bağlı suala cavabında bildirib.

"Oradakı üzvlər dediyi kimi seçkilərdə baş verənlərin məsuliyyətini tam olaraq üzərimizə götürə bilmərik... Bir çox şey bizim nəzarətimizdən kənarda idi" - Pelosi fikrini tamamlayıb.

XS
SM
MD
LG