Accessibility links

Terror hücumunda şübhəli bilinən nyu-yorkluya cinayət işi açılıb


Nyu-York şəhərində yaşayan yəmənli bir şəxs İŞİD qrupuna yardım etməyə cəhd göstərməkdə günahlandırılır.

Federal məhkəmədə açıqlanan cinayət işində 37 yaşlı Məhəmməd Rafik Najiyə qarşı Nyu York şəhərinin Times meydanında hücuma dəstək də daxil olmaqla ittihamlar irəli sürülüb.

Bu hücum Fransanın Nitsa şəhərində İŞİD qrupunun törətdiyi hücuma oxşar bir hücun olmalı idi.

Fransanın Nitsa şəhərində törədilən hücum zamanı terrorçular maşını Bastiliya gününü qeyd etmək üçün küçəyə çıxan kütlənin üzərinə sürərək 84 nəfərin həyatına son qoymuşdu.

Naji lentə yazılmış bir neçə söhbətində İŞİD yaraqlılarının Times meydanında da buna bənzər hücum törətmək istədiyi və İŞİD-ın bu terror aktını həyata keçirməsi üçün artıq plan hazırladığı barədə məlumat verib.

Prokuror deiyb ki, Najiyə qarşı iddialara Facebook sosial şəbəkəsində İŞİD qrupunu dəstəklədiyini nümayiş etdirən videolar, YouTube səhifəsində yerləşdirilmiş bu videolardan birində yaraqlı qrupun sözçüsünün Qərb ölkələrində mülki vətəndaşlar və hərbiçiləri hədəf almağa çağırışlar daxildir.

Məhkəmə sənədlərində İŞİD qrupu tərəfindən idarə olunan ərazilərə gedə bilmək üçün Najinin Türkiyə və Yəmənə səfər etdiyi və Yəməndə olarkən Najinin sevgilisinin ona bir neçə dəfə pul göndərdiyi qeyd edilib.

ABŞ prokuroru Robert Kapers qeyd edib ki, Najinin ABŞ-ın qanuni daimi sakinidir. Amma o, Yəməndə doğulub və bu ölkə ilə yaxın əlaqələri var.

XS
SM
MD
LG