Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.
Mərkəzi Bankın məlumatına görə, qərara əsasən uçot dərəcəsi 9.75%, faiz ,
faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% səviyyəsində qalacaq.
Qərar dekabrın 26-da qüvvəyə minir.
Sonuncu dəfə Mərkəzi Bank uçot dərəcəsini 2018-ci il oktyabrın 30-da dəyişib.
Həmin gün uçot dərəcəsi 10 faizdən 9,75 faizə endirilib
İnflyasiya gözləntiləri ilə bağlı Mərkəzi Bank hesab edir ki, 2018-ci ilin sonuna inflyasiyanın 2.3 faiz ətrafında qərarlaşacağı gözlənilir.
Qeyd edilir ki, son on iki ayda inflyasiyada azalma meyili davam edib.
İlin sonuna orta illik inflyasiyanın təxminən hazırki səviyyədə qalacağı gözlənilir.