Accessibility links

Məhəmməd Rəhmanifər: Uşaqların evdə də ana dilində danışmasını istəmirlər


Təbrizdən Amerikanın Səsinə danışan yazar və mədəni fəal Məhəmməd Rəhmanifər bu yaxınlarda İran təhsil nazirliyinin ortaya qoyduğu “farsca yetərlilik testi” layihəsini dəyərləndirib. Rəhmanifərin deyir, yeni layihə ilə istəyirlər ki, “rəsmi dil artıq xüsusi mühitlərə, yəni evlərə də təcavüz etsin.”

Məhəmməd Rəhmanifər Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Bu yaxınlarda İranın təhsil nazirliyi “farsca yetərlilik testi”-nin məktəbəqədər uşaqlar üçün keçirilən müntəzəm sağlamlıq testlərinə əlavə olunacağını bildirdi. İbtidai təhsil üzrə nazir müavinin açıqlamalarına əsasən, hazırlıqların tamamlandığı bölgələrdə 4 yaşındakı qeyri-fars uşaqlar da bu testlərdən keçirilə bilər.

İstəyirlər ki, ailələr uşaqlarının o testdən keçməsi üçün evdə də ana dilini tətil etməyə məcbur olsunlar. Bu günə qədər ana dili ancaq xüsusi mühitlərdə yəni evlərdə yaşayırdı.

Məhəmməd Rəhmanifərin sözlərinə görə, “istəyirlər ki, ailələr uşaqlarının o testdən keçməsi üçün evdə də ana dilini tətil etməyə məcbur olsunlar. Bu günə qədər ana dili ancaq xüsusi mühitlərdə, yəni evlərdə yaşayırdı. Amma artıq bu rəsmi dil, fars dili evlərə də təcavüz edir.”

Qeyri-fars icmaların mədəni və ictimai fəallarından əlavə bəzi yerli siyasətçilər və bir neçə millət vəkili də Təhsil Nazirliyinin yeni layihəsinə sərt təpki göstərib.

Həmin mübahisələrin əsnasında İran mediasında təhsil naziri Seyyid Məhəmməd Bəthayinin istefa vediyinə dair xəbərlər yayılıb.

Rəhmanifər Nazirin istefasının “farsca yetərlilik testi” və ya qeyri-fars icmalarını narahat edən keçmiş addımları ilə bağlı olmadığını düşünür.

Nazirin istefa səbəbi olaraq mətbuatda dərc edilən açıqlamaların qəribə və anlaşılmaz olduğuna diqqət çəkən yazar deyir ki, “onun istefası qəti olaraq qeyri-fars uşaqların təhsil məsələləri ilə bağlı deyil. Çünki, bu nazir bundan öncə də oxşar işlər görmüşdü. Amma geniş etirazlara baxmayaraq o, nə parlament sorğulaması (istizah) ilə qarşılaşdı, nə də tənqidləri ciddiyə aldı.”

Seyyid Məhəmməd Bəthayi
Seyyid Məhəmməd Bəthayi

Məhəmməd Bəthayi təhsil naziri olaraq fəaliyyətə başladığı ilk həftələrdən etibarən dəfələrlə öz açıqlamaları, həmçinin nazirlik tərəfindən orataya qoyulan layihələr səbəbilə qeyri-fars icmalar və qadınlar arasında narahatlıqlara yol açmağa başladı.

Onun nazirliyi dövründə təqdim edilən bir nizamlamaya görə, “farscada qəliz ləhcələri olanların” ibtidai məktəb müəllimi, “sonsuz qadınların” isə ümumiyyətlə müəllim ola bilməyəcəkləri açıqlandı. Bəthayinin daha sonra qeyri-fars bölgələrdə “bəzi müəllimlərin sinifdə ‘yerli dillərdə’ danışmasının təhlükəli olduğuna dair açıqlamaları gündəmə gəldi. Tehran daxil olmaqla, qeyri-fars icmalarının yaşadığı bölgələrdə uşaqlar üçün 2 il məktəbəqədər təhsilin icbari olunması yönündə hazırlıqlar da Məhəmməd Bəthayi dönəmində başladı.

Rəhmanifər Bəthayi dönəmində qeyri-fars dillərə qarşı məhdudiyyətlərin çoxaldığını təsdiq etsə də, ümumiyyətlə onun keçmişdə yürüdülən siyasətlərin davamında hərəkət etdiyini ifadə edir.

Prezidentlərimiz birinci dönəmlərində çalışırlar ki, qeyri-farsları bəzi vədlər ilə razı saxlasınlar. Çünki, ikinci dövr seçkilərdə kürdlər, türklər, türkmənlər və ərəblərin səslərinə ehtiyacları olur.

“Mən bu nazirin dönəmində yürüdülən siyasətləri çox fərqli görmürəm. Elə keçmişdə yürüdülən siyasətin davam kimi görürəm. Amma qəbul edirəm ki, Bəthayi gələndən bu yana demək olar ki, farsçılıq bizim təhsil sistemimizdə daha gücləndi və ana dilin bazası daha da kiçildi,” deyə mədəni fəal söyləyir.

Onun söylədiklərinə görə, “keçmişdə də bizim prezidentlərimiz, ümumiyyətlə birinci dönəmlərində çalışıblar ki, qeyri-farsları bəzi vədlər ilə razı saxlasınlar. Çünki, ikinci dövr seçkilərdə kürdlər, türklər, türkmənlər və ərəblərin səslərinə ehtiyacları olur. Amma prezidentliyin ikinci dönəmində artıq buna ehtiyacları qalmır. İranda da partiyalar seçkilərə qatılmır ki partiya öz etibarını nəzərə alsın... Buna görə də, heç önəmli deyil ki, misal üçün Ruhani düşünsün ki, məsələn türklər məndən razı deyil...”

XS
SM
MD
LG