Accessibility links

Məhsa Mehdili: İranda türk naşirlər sistematik basqı və hücumlara məruz qalırlar


Bu yaxınlarda Təbriz Kitab Sərgisində uşaqlar üçün türk dilində nəşr olunmuş 'Kirpi' kitablar seriyasına qadağa qoyulması yerli qəzetlər və sosial mediada geniş əks-səda doğurub.

Amerikanın Səsinə danışan güneyli fəal Məhsa Mehdili həmin olayla bağlı məlumat verməklə yanaşı İranda türk naşirlərə qarşı tətbiq olunan basqıları dəyərləndirib.

Məhsa Mehdili
Məhsa Mehdili

Məhsa Mehdili İranda türk dili və Azərbaycan tarixi üzrə fəaliyyət göstərən naşirlərə basqıların sistematik bir şəkildə tətbiq edildiyini vurğulayır.

Ailədə türkcə danışmağı, ata-anaların bu dildə düşünmə və uşaqlarını tərbiyə etmək qabiliyyətlərini inkişaf etdirmək - bu çox önəmli bir işdir.

“Kirpi kitablar seriyası Bəyəl Kültür Dərnəyi tərəfindən və icazəli şəkildə çap olunur. İranda əsasən icazəsiz şəkildə kitab yayımlamaq mümkün deyil,” o deyir.

Məhsa Mehdili hesab edir ki, sərgidə Kirpi kitablarının yasaqlanmasının əsas səbəblərindən biri bu kitabların auditoriyasının uşaqlar və valideynlər olmasıdır.

“Dərnək uşaqlar üçün çap etdiyi kitablardan əlavə, oyuncaqlar və ata-analara uşaqlarının tərbiyəsi ilə əlaqədar təlimatçı kitablar hazırlayır... Yəni, həm uşaqlara həm də onların ailələrinə xitab edir. Ailədə türkcə danışmağı, ata-anaların bu dildə düşünmə və uşaqlarını tərbiyə etmək qabiliyyətlərini inkişaf etdirmək - bu çox önəmli bir işdir.”

Məhsa Mehdili Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:00 0:00

Məhsa Mehdili "Kirpi" kitablar seriyasına qoyulan qadağanı türk dili və Azərbaycan tarixi ilə əlaqədar fəaliyyət göstərən naşirlərə qarşı tətbiq olunan sistemli basqıların bir nümunəsi kimi dəyərləndirir.

Son vaxtlar İran Azərbaycanı və Tehranda türk dilində çap, nəşr və kitab satışı sahəsində fəaliyyət göstərən şəxslər və qurumlara təzyiqlər kəskin şəkildə artıb.

Bunlar azad şəkildə kitablarını mədəni yollarla təqdim edən naşirlərə hücum edə bilirlər. Hakimiyyət bunları qoruyur və əksinə, mədəni yollarla kimliklərini qorumaq istəyən türk naşirləri ağır şəkildə cəzalandırır.”

Türk naşirlər sadəcə hakimiyyət qüvvələrinin basqısına məruz qalmırlar. Keçən may ayında Tehran Beynəlxalq Kitab Sərgisində “pan-İranist” qüvvələrin İran Azərbaycanından sərgiyə qatılan bir nəşriyyatın pavilyonuna hücumu geniş təpkilərə səbəb olmuşdu.

Mehdilinin söylədiklərinə görə, İran hakimiyyəti mədəni şəkildə və dövlət qurumlarının icazəsilə fəaliyyət göstərən türk naşirləri cəzalandırarkən, bu naşirlərə hücum edən özbaşına qüvvələri qoruyur:

“Pan-İranistlər və bizim pan-Azəri dediyimiz qüvvələr, ki bunlar özləri də özlərinə türk demirlər, azəri deyirlər... Bunlar azad şəkildə kitablarını mədəni yollarla təqdim edən naşirlərə hücum edə bilirlər. Bu özbaşına şəkildə hərəkət edənlər o qədər rahatdırlar ki, nə cəzalandırılır, nə mühakimə olunur, nə sorğu-sual edilir, nə də kimsəyə cavab verirlər. Hakimiyyət bunları qoruyur və əksinə, mədəni yollarla kimliklərini qorumaq istəyən türk naşirləri ağır şəkildə cəzalandırır.”

XS
SM
MD
LG