Bu gün, dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Azər Paşayevin sədrliyi ilə ləğv edilmiş Küyləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlini 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə onu külli miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.
Hökmə əsasən, digər təqsirləndirilənlər də müxtəlif müddətlərə cəzaya məhkum edilib.
İstintaq tərəfindən mənimsəmənin ümumi məbləği 18 milyon manat müəyyən edilib. Pullar Bakının Səbail rayonunda jurnalistlər üçün yaşayış binasının tikintisi zamanı mənimsənilib.
Mənimsəmə 2015-2018-ci illərdə baş verib.
Mənimsəmələr ictimai tədbirlərin keçirilməsi zamanı da baş verib, onların xərcləri şişirdilib.
Məhkəmə zamanı dəfələrlə dövlət başçısının keçmiş köməkçisi Əli Həsənovun ifadə verməsi üçün vəsatət qaldırılıb, lakin hakim vəsatətləri təmin etməyib.
Hökmə əsasən bütün təqsirləndirilən şəxslərin üzərinə müəyyən məbləğ ödəmək öhdəliyi qoyulub. Təqsirləndirilən şəxslər həmin məbləği Medianın İnkişafı Agentliyinə ödəməlidirlər.
Eyni zamanda Səfərlinin Bakının Xətai rayonunda, İsmayıllı rayonunda yerləşən fərdi yaşayış evl'i müsadirə edilib, bank hesabına həbs qoyulub.