Hərbçilərin idarə etdiyi Myanmanın məhkəməsi çərşənbə günü devrilmiş lider Aun San Suu Çini iki korrupsiya ittihamı ilə mühakimə edib.
Yeni ittihamlara eyni vaxtda çəkiləcək üç illik cəzalar daxildir.
Suu Çi biznesmen Maun Veykdən 550 min dollar rüşvət almaqda ittiham olunurdu.
O, ittihamları rədd edib və onun apellyasiya şikayəti verəcəyi gözlənilir.
Suu Çi 2021-ci ilin fevralında generalların çevriliş edərək, hökumətini devirməsindən və bu Cənub-Şərqi Asiya ölkəsinndə qısa sürən demokratiya dövrünün başa çatmasından bəri nəzarətdə saxlanır.
O vaxtdan bəri dövlət sirləri qaydalarını pozmaq, korrupsiya və seçki saxtakarlığı da daxil olmaqla, Suu Çiyə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, 20 ildən çox həbs cəzasına məhkum edilib.