Accessibility links

Xuntanın xəbərdarlıqlarına baxmayaraq, Myanmada nümayişlər davam edir


Təhlükəsizlik qüvvələrinin ölümlə nəticələnə biləcək xəbərdarlıqlarına baxmayaraq, Myanmada etirazçılar bazar ertəsi də ölkənin hərbi rejiminə qarşı nümayişləri davam etdirib.

Bazar günü 1988-ci ilin avqust ayının 8-də Myanmada demokratiya uğrunda üsyana işarə olaraq, 8888 rəqəmlərini yazan "Gen Z" adlı qrup və Vətəndaş İtaətsizliyi Hərəkatı birlikdə 22/2/2021 - bazar ertəsi insanları ümummilli "bahar inqilabı"na çağırıb.

“İndi insanlar, xüsusən də duyğusal yeniyetmələr və gənclər həyatlarını itirə biləcək bir qarşıdurmaya təhrik edilir” - deyə, bazar günü dövlətə məxsus MRTV tele-kanalı vasitəsilə nümayişçilərə xəbərdarlıq edilib.

Yanqondan verilən xəbərlərə görə, xarici müdaxiləyə çağıran nümayişçilərin toplaşdığı bəzi xarici səfirliklərə gedən yollar təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb.

BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Tom Endrüs bazar günü axşam tweetter səhifəsində xuntanın xəbərdarlığından çox narahat olduğunu bildirib. "1988-ci ildən fərqli olaraq təhlükəsizlik qüvvələrinin hərəkətləri qeyd olunur və siz həbs olunacaqsınız” - deyə, o özünün də xəbərdarlığını əlavə edib.

Fevralın 1-dən, mülki hökumətin devrilməsindən bəri Myanmada başlayan etirazlar zamanı üç nəfər ölüb. Onlardan iki nəfəri şənbə günü Mandalayda polis və təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı canlı və rezin güllələr, gözyaşardıcı qaz, su şırnağından isytifadə etdiyi zaman ölüb.

Könüllü Fövqəladə Hallar Xidmətinin rəhbərinin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin şənbə günü etirazçılata qarşı zorakılığı zamanı 20 nəfər yaralanıb.

Siyasi Məhbuslara Yardım Dərnəyi etirazlar başlayandan bəri 640 nəfərin həbs edildiyini və mühakimə olunaraq, cəzalandırıldığını bildirib.

XS
SM
MD
LG