Accessibility links

Böyük Yeddilər Myanmada çevrilişi qınayıb


Çərşənbə günü Böyük Yeddilərə (G-7) üzv ölkələrin xarici işlər nazirləri Myanmadakı çevrilişi qınayıb və Aunq San Suu Ki və digər siyasi liderlərin həbsi ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

"Dövlət müşaviri Aunq San Suu Ki və Prezident Vin Myint də daxil olmaqla, siyasi liderlərin və vətəndaş cəmiyyətləri fəallarının həbsi, medianın hədəf alınması bizi çox narahat edir" - deyə, ABŞ,Kanada, Fransa, Almaniya, Italiya, Yaponya xarici işlər nazirlərinin birgə bəyanatında bildirilib.

Onlar Myanma ordusunu elan etdiyi fövqəladə vəziyyətə son qoymağa və ölkə əhalisinin ən həssas təbəqələrinə yardım üçün məhdudiyyətsiz humanitar girişə icazə verməyə çağırıb.

"Noyabr seçkilərinin nəticələrinə hörmət edilməli və Parlament ilk fürsət olan kimi iclas çağırılmalıdır", Böyük Yeddilər nazirlər bildirib.

Myanmanın dövlət müşaviri Aunq San Suu Ki
Myanmanın dövlət müşaviri Aunq San Suu Ki

Çərşənbə günü eləcə də ölkənin 30 yaşayış məntəqəsindəki 70 xəstəxana və tibb şöbələrinin işçiləri çevrilişə etiraz olaraq işlərini dayandırıb.

Yeni qurulan Myanma Vətəndaş Itaətsizliyi Hərəkatının abəyanatında bildirilir ki, ordu pandemiya səbəbindən 3100 nəfərdən çox insanın həyatını itirdiyi Myanmada öz marağını çətinliklərlə üzləşən əhalidən üstün tutdu.

ABŞ Dövlət Departamentinin rəsmisi çərşənbə axşamı jurnalistlərə açıqlamasında ABŞ-ın bu həftənin əvvəlində Myanmada hakimiyyətin ələ keçirilməsini rəsmi olaraq hərbi çevriliş kimi tanıdığını və bununla “hökumətə xarici yardımla bağlı müəyyən məhdudiyyətlərin” nəzərdə tutulduğunu bildirib.

Dövlət Departamentinin rəsmisi ABŞ-ın Myanmada çevriliş edənlərə qarşı tədbir görəcəyini”, humanitar yardım və demokratiyaya dəstək təşəbbüsləri də daxil olmaqla, ölkə vətəndaşlarına yardım proqramlarını davam etdirəcəyini deyib.

XS
SM
MD
LG