Accessibility links

Məhkəmənin qarşısında jurnalistlərə hücum olub [Video]


Məhkəmədə jurnalistlərə hücum oldu
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Məhkəmədə jurnalistlərə hücum oldu

Amerikanın Səsinin müxbirinə də zərbələr dəyib

Jurnalist Xədicə İsmayılın məhkəmə prosesindən sonra Baki Ağır Cinayətlər Məhkəməsinin qarşısında bir qrup şəxs jurnalistlərə hücum edib.

Jurnalistlərin məhkəmə zalından çıxan şəxslərdən birindən Xədicə İsmayılın məhkəməsində iştirak edib-etməməsini soruşmasından sonra 6-7 nəfər şəxs qrup halında media nümayəndələrinə hücum edib. Bu zaman jurnalistlərdən biri fiziki təzyiqdən qurtulmaq üçün qaçıb. Bu insanlar qrup şəklində Amerikanın Səsi və Turanın müxbiri Tapdıq Fərhadoğluna, “Meydan TV” saytının müxbiri Aytac Əhmədovaya, AzadlıqRadiosunun reportyoruna hücum çəkib.

Meydan TV-nin müxbirinin kamerası sındırılıb. Amerikanın Səsinin müxbirinə bir neçə zərbə vurublar və kamerasını sındırmağa cəhd ediblər. Bu zaman hadisə yerində olan hüquq mühafizə orqanlarının əməkdaşları jurnalistləri təhlükədən mühafizə etməyib, sadəcə seyrçi mövqedə dayanıb.

XS
SM
MD
LG