Accessibility links

Müxalifətin 2 aprel mitinqində iştiraka görə həbs edilən sonuncu qrupa hökm oxunub


Müxalifətin 2 aprel mitinqində iştiraka görə həbs edilən sonuncu qrupa hökm oxunub
Müxalifətin 2 aprel mitinqində iştiraka görə həbs edilən sonuncu qrupa hökm oxunub

Məhkəmə Əhəd Məmmədlini və Ülvi Quliyevi 3 il, Elnur Məcidlini 2 il, Rüfət Hacıbəylini 1,5 il azadlıqdan məhrum edilib.

Nəsimi Rayon Məhkəməsində Şahin Abdullayevin sədrliyi ilə 2 aprel aksiyasından sonra həbs olunmuş müxalifətçilərin sonuncu qrupunun məhkəmə prosesində hökm oxunub. Məhkəmə Əhəd Məmmədlini (Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini) və Ülvi Quliyevi (bitərəf) Cinayət Məcəlləsinin 233-cü (ictimai asayişin pozulması) və 315.1-ci (polisə müqavimət göstərmə) maddələri üzrə təqsirli bilərək hər birini 3 il müddətinə azadlıqdan məhrum edib. Elnur Məcidli (AXCP gənclər təşkilatının üzvü) və Rüfət Hacıbəyli (Müsavat Partiyasının fəalı) 233-cü maddəsi ilə təqsirli bilinərək müvafiq olaraq 2 il və 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, hakim iddianın düzgün tərtib edilməməsi ilə əlaqədar maddi ziyana görə 6 min manat həcmində mülki iddiaya baxmayıb.

Zalda iştirak edənlər məhkəmə hökmünə etiraz olaraq “Azadlıq!” şüarı səsləndirib və Azərbaycanın himnini ifa ediblər. Müttəhim Ülvi Quliyev qışqıraraq deyib: “Biz Azərbaycanın azadlığı uğrunda mübarizə aparırıq. Siz bizi azadlıqdan məhrum edirsiniz”. Məhkəmənin qarşısında etiraz aksiyası olub və polis aksiyanı dağıdıb. Üç nəfər saxlanıb. Artıq, 2 aprel mitinqi ilə əlaqədar 10 nəfər məhkum olunub, onlardan yalnız biri şərti olaraq azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG