Suria hökumət əleyhinə namayişlərdə iştirak etdiklərinə görə saxlanan 500 adamın azad edildiyini bildirib. Müxalifət qrupları isə deyirlər ki, buraxılanlardan daha çox sayda adam Mart ayında başlayan qiyamdan bəri saxlanıb, işkəncələrə məruz qalıb və qətlə yetirilib.
Avaaz qrupu höküməti müxalifətə divan tutmağa başlayandan indiyə qədər 617 adamı qələbəlik həbsxanalarda qeyri-qanuni nəzarət mərkəzlərində öldürməkdə ittiham edib. Avaaz qrupu Syriya qiyamı nəticəsində ölənlərin sayının yeddi min olduğunu iddia edib. BMT isə altı min adamın öldüyünü bildirir. Qrup Ərəb Liqasının müşahidəçi və təhqiqatçılarını rejimin işkəncə palatalarını ifşa etməyə və nümayişlərə qarşı gücdən istifadənin qarşısını almağa çağırıb.
Müxalifət qrupları Suriya hökumətini Ərəb Liqasının müşahidəçilərini azdırmaqda ittiham edib. Deyilənlərə görə Bəşar əl-Əsəd hökumətinin nümayəndələri monitorları hökumətpərəst yerlərə aparmış, onları çaşdırmaq üçün küçə işarələrini dəyişmiş və öz tərəfdarlarını qaynar bölgələrə göndərərək saxta ifadələr verdirmişlər.
Şimaldakı İdlib, mərkləzi Homs və cənubdakı Dəra şəhərlərində fəallar ordu qüvvələrinin urban zonalarda ağır silahları gizlətdiyini deyirlər, hərçənd ki, monitorlar əsgərlərin şəhərləri tərk etdiklərini deyir.
Bu həftənin əvvəlində Ərəb Liqasının rəsmiləri bildiriblər ki, hökumət qüvvələri yaşayış zonalarından çıxıb.
Amma Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri qrupu məhbusların buraxılması yaxud küçələrdən qoşunların çəkilməsinə dair dəlil yoxdur.