Misirin Müsəlman Qardaşları qrupu siyası partiyasının parlamentin aşağı palatası uğrunda yarışlarda qələbə əldə etdiyini bildirib. Qrup müstəqil namizədlərə ayrılan 56 yerin 36-nı Azadlıq və Ədalət partiyasının qazandığını bəyan edib. Qrupun bu gün açılqadığı bəyanatında bildirilir ki, Qahirə və İskəndəriyyə şəhərləri daxil edilməklə, namizədlər 9 vilayəti təmsil edir. Seçkilərin rəsmi nəticələri sabah elan ediləcək.
Müsəlman Qardaşları qrupu parlament uğrunda yarışlarda qələbə əldə etdiyini bildirib
- Amerikanın səsi