Accessibility links

Dünya müsəlmanları Ramazan ayında iqlim dəyişikliyi məsələsinə diqqət yetirir


Cakartanın mərkəzində yerləşən möhtəşəm İstiqlal Məscidi inşa ediləndə min il dayanması nəzərdə tutulub.

Məscid İndoneziyanın qurucu atası Sukarno tərəfindən ölkənin müstəqilliyinin simvolu kimi inşa edilib. Onun yeddi qapısı - İslamda göyün yeddi qatını təmsil edən qapıları arxipelaqdan və dünyanın hər yerindən gələn qonaqları qəbul edir.

Lakin buradakı işığı məscidin özü təmin edir.

2019-cu ildə aparılan əsaslı təmir nəticəsində məscidin geniş damında 500-dən çox günəş paneli quraşdırılıb və bu, hazırda İstiqlal məsdinin əsas və təmiz elektrik enerjisi mənbəyidir. Bu Ramazan ayında məscid enerji istehsalı qabiliyyətini artırmaq üçün İslamda zamanla bəhrəsini verməyə davam edən ianə növü olan enerji enerji vəqfi təşviq edib.

İstiqlal məscidinin bina idarəsi şöbəsinin müdir müavini ümid edir ki, İslamın ən müqəddəs ayında möminlərin məscidlərə daha çox axışdığı zaman ianələr vasitəsilə İstiqlal günəş layihəsinə təkan verə bilər.

Məscidin iqlim məsələsinə diqqət verməsi İndoneziyada və dünyada müsəlmanların müqəddəs ayında insanlar oruc tutub, bir çox hallarda günün sonunda orucun bitdiyi vaxt süfrə ətraafında toplaşdığı zaman bir sıra dəyişiklikləri təşviq edən müxtəlif "Yaşıl Ramazan" təşəbbüslərinin yalnız bir nümunəsidir.

Təmkin və xeyriyyəçiliyin vurğulandığı bu ayda namazdan əvvəl yuyunma zamanı sudan az istifadə etmək, insanların iftar zaman idtifadə etdiyi plastik butulka və bıçaqları təkrar istifadə edilə bilənlərlə əvəz etmək və qida israfını azaltmaq kimi tövsiyələr edilə bilir.

Digər təkliflər arasında məscidlərə maşınla birlikdə getmək, yerli məhsullardan istifadə etmək, təkrar emala diqqət yetirmək və təmiz enerji layihələrini maliyyələşdirmək üçün ianələrdən istifadə etmək də daxildir.

Alimlər dünya boyu daha da artan quraqlıqlar, daşqınlar və istilik dalğaları kimi iqlim dəyişikliyinin təsirlərini məhdudlaşdırmaq üçün elektrik enerjisi və nəqliyyat üçün çirkli yanacaqlardan istifadə, plastik kimi məhsulların istehsalı üçün kimyəvi maddələrdən və zibilliklərdəki qida tullantılarından istifadənin dayandırılmalı olduğunu deyir. Fərdi təşəbbüslər bu keçidin yalnız kiçik bir hissəsi olsa da, ekspertlər deyirlər ki, iqlim məqsədləri arxasında artan impuls öz təsirini göstərə bilər.

İslama əsaslanan yanaşmanı əsas tutan qruplar çox vaxt Quranda bəzi ayələrin ətraf mühitə dair anlayışları və Məhəmməd Peyğəmbərin torpaq və su ilə bağlı, eləcə də israfçılığa qarşı kəlamları və əməllərini vurğulayır.

XS
SM
MD
LG