Accessibility links

İlon Mask Twitter-in 44 milyon dollarlıq satışının müvəqqəti olaraq dayandırıldığını bildirir


İlon Mask
İlon Mask

İlon Mask cümə günü spam və saxta hesablarla bağlı gözlənilən məlumatları səbəb göstərərək, Twitter üçün etdiyi 44 milyard dollarlıq təklifin müvəqqəti olaraq dayandırıldığını bildirib.

"Twitter deal temporarily on hold pending details supporting calculation that spam/fake accounts do indeed represent less than 5% of users," Musk said in a tweet.

"Twitter ilə bağlı razılıq spam/saxta hesabların həqiqətən də istifadəçilərin 5%-dən azını təşkil etməsinə dair gözlənilən detallarla əlaqədar olaraq müvəqqəti dayandırılıb" deyə Mask yazdığı tvitində deyib.

Sosial media şirkətinin səhmləri market açılmadan əvvəl 20 fazi ucuzlaşıb. Məsələ ilə əlaqədar Twitter şərh sorğusuna cavab verməyib.

Şirkət bu ayın əvvəlində saxta və ya spam hesabların ilin birinci rüb ərzində pul qazandıra bilən gündəlik aktiv istifadəçilərinin 5%-dən azını təşkil etdiyini təxmin etmişdi.

Sosial media şirkəti həmçinin Mask ilə müqavilə bağlanana qədər reklamverənlərin Twitter-də pul xərcləməyə davam edib-etməyəcəyi də daxil olmaqla, bir sıra risklərlə üzləşdiyini xəbər verib.

Dünyanın ən varlı adamı və Tesla-nın baş icraçı direktoru Mask prioritetlərindən birinin “spam botları” platformadan silmək olacağını demişdi.

XS
SM
MD
LG