Accessibility links

Musiqi vasitəsilə Londona və Parisə müharibə sonrası miqrasiya


Musiqi vasitəsilə Londona və Parisə müharibə sonrası miqrasiya
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Musiqi vasitəsilə Londona və Parisə müharibə sonrası miqrasiya

Yüksələn millətçilik və İngiltərənin Avropa İttifaqından çıxması ilə əlaqədar böhran qitədə parçalanmaları intensivləşdirdiyi məqamda Parisdə açılmış yeni sərgi insanları bir araya gətirir. Müharibədən sonrakı müstəmləkə mühacirəti ilə gələn musiqi, Avropanın ən əhəmiyyətli mərkəzlərindən biri olan London və Parisi multi incəsənət paytaxtlarına çevirib.

Ritm və Blyüz, reqqe, Ray və rock'n'roll – Avropa və digər Qərb bölgələrinə bu Dünya Musiqisi adlar icad olunmazdan öncə gəlib. Hətta Beatles Britaniya brendinı adlayırdı, Asiya və Qərbi Afrikadan bəzi ritmləri özündə əks etdirirdi.

Bu cərəyanların çağdaş pop mədəniyyətinə qarışması, müharibə sonrası üç onilliklər ərzində musiqinin Parisə, Londona miqrasiyası sərginin başlıca mövzusudur

Fransa və İngiltərəyə sürətli inkişaf edən iqtisadiyyatları ilə ayaqlaşmaq üçün əlavə işçi qüvvəsi lazım idi. Onlar bu qüvvəni müstəqillik əldə etmiş keçmiş müstəmləkələrdən alırdılar. Qaçqınlar üçün başlanğıc çətin idi. Parisdə şimali Afrikadan və Səhraaltı bölgələrdən gələn mühacirlər "foye" adlanan gecəqondularda yaşayırdılar.

"Onlar gün ərzində fabriklərdə işləyir, günü sonunda isə başqaları kimi foyedə yatardılar," 1962-1989 Paris-London Musiqi Mühacirəti sərgisinin bələdçisi Stefan Malfetes deyir.

Mühacirlər əvvəllər Fransanın əsas musiqi səhnəsindən kənar idilər. Lakin 1970-ci ildə hər şey dəyişdi.

"Musiqi ictimai yerdə etiraz bildirmək üçün güclü silaha çevrildi," Stefan Malfettes deyir.

Kanalın o tayında, Londonda da mühacirlər irqçiliklə üzləşirdilər. Lakin onlar Yamaykadan, Şərqi Afrika musiqisi və Trinidad və Tobaqodan Ska və reqqe musiqisini təqdim edirdilər.

"Onlar əsl londonlu olub. Düşünürəm ki, bu, miqrasiyanın 1980-ci illərin sonuna qədər Londonu necə dəyişdiyinin bir ölçüsüdür,” muzey işçisi Martin Evans deyir.

Britaniyalı musiqiçi və film rejissoru Don Lettsin valideynləri Britaniyaya Yamaykadan gəlib. Onun sözlərinə görə ilk öncə o, köklərini danmaq istəyib. Lakin bu alinmayıb.

"Maraqlısı odur ki, əksinə, bu, onların mədəniyyəti idi, əsasən də onların musiqisi ağ işçi sinifinin uşaqlarını özünə cəlb etdi. Bizi cəmiyyətə inteqrasiya edən mədəniyyətimiz olub,” britaniyalı musiqiçi Don Lets deyir.

Lets deyir ki, mədəni mübadilə hər iki istiqamətdə olub.

"Mən Stones, the Beatles, Bowie, Roxy Music və digərləri ilə böyümüşəm", britaniyalı musiqiçi Don Lets deyir.

Eyni zamanda, 1980-ci illərdə Parisdə Afrika musiqisi diqqət mərkəzində olub. Papa Vemba, Khaled, Youssou Ndour və Salif Keyta müğənnilər populyar olub.

"Həvəslə bu yeni musiqilərin hamısını öyrənirdim və bunun “qızıl mədən” olduğunu düşünürdüm. Bu heyrətamiz və inanılmaz idi", musiqi prodüsseri Martin Meysonnyer deyir.

Musiqi sintezi müasir sənətçilərə çox təsir göstərib. Bu nəinki bizim musiqi haqda, həm də bir-birimizə bəslədiyimiz düşüncələri dəyişib.

XS
SM
MD
LG