Accessibility links

Müsavat Partiyası siyasi məhbusların azad edilməsini tələb edib


Musavat Partiyasi
Musavat Partiyasi

Əks halda partiya Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot edəcək

Müsavat Partiyası Məclisi növbəti dəfə siyasi məhbusların azad olunmasını tələb edib.
Əks halda partiya 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağırır.

Müsavat Partiyasının bununla bağlı yaydığı bəyanatında deyilir ki, ölkədə siyasi məhbusların sayı artır. Son vaxtlar Müsavat fəalları Yadigar Sadıqov, partiya sədrinin müavini Tofiq Yaqublu, REAL hərəkatının lideri İlqar Məmmədov həbs olunublar.

NİDA hərəkatının üzvləri, jurnalist Pərviz Həşimli, vətəndaş fəalları Anar Məmmədli, Həsən Hüseynli istintaq altındadır.

Sənəddə həmçinin deyilir ki, Facebook sosial şəbəkəsində hakimiyyəti tənqid etdiyinə görə Elsevər Mürsəlli və Əbdül Əbilov uydurma ittihamla həbs olunublar.

"Azərbaycan hakimiyyəti siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq və yerli ictimaiyyətin çağırışlarına məhəl qoymur", Müsavat bildirilir.
XS
SM
MD
LG