Accessibility links

Eynulla Fətullayev: Axı, harada mənim mövqeyimdə dəyişiklik baş verib? [Video-Müsahibə]


Eynulla Fətullayev: Axı, harada mənim mövqeyimdə dəyişiklik baş verib?
please wait

No media source currently available

0:00 0:09:55 0:00

"Həmin, o “Məhsul” stadionuna 100 min adam gəlsə, sizcə, hökumət islahatları sürətləndirəcəkmi?"

Keçmiş vicdan məhbusunun Amerikanın Səsinə müsahibəsi

Haqqin.az saytının rəhbəri, keçmiş vicdan məhbusu Eynulla Fətullayev Amerikanın Səsinə müsahibəsində mövqeyindəki dəyişikliklər, beynəlxalq təşkilatlara qarşı fikirlərinin səbəbləri, ictimai fəalların, jurnalistlərin həbsi, hüquq müdafiə fəaliyyəti, iqtidar və onun opponentlərinə münasibətindən danışıb.

Amerikanın Səsi: Sizin həbsə qədərki və həbsdə olduğunuz dövrdəki mövqeyinizlə həbsdən azad edildikdən sonrakı mövqeyiniz arasında kəskin fərqlər görünür. Buna əsas yaradan amillər nədir?

Əksinə, o zaman müxalif düşərgə məni Kəmaləddin Heydərovla , Eldar Mahmudovla, digər nazirlərlə, Hüseyn Abdullayevlə bağlılıqda ittiham edirdilər.

Eynulla Fətullayev: Mən belə hesab etmirəm. Həbsdən öncə, həbsdə olan zaman və bu gün də ardıcıl, hesab edirəm ki, vahid ictimai-siyasi mövqeyə malik olmuşam. Gəlin, əvvəlki dövrü xatırlayaq. Yadınızdadırsa həbsdən öncə mən Realnıy Azerbaydjan qəzetinin təsisçisi və baş redaktoru idim. Məgər, mən Xalq Cəbhəsinin, Müsavat Partiyasının və ya digər siyasi partiyanın üzvü olmuşammı? Xeyr, mən müstəqil jurnalist idim. Əksinə, o zaman müxalif düşərgə məni Kəmaləddin Heydərovla (Fövqəladə hallar naziri-red), Eldar Mahmudovla (Milli təhlükəsizlik naziri-red), digər

Tanınmış jurnalistlər Eynulla Fətullayevlə bağlı Azərbaycan prezidentinə kütləvi twit çağırışı edib
Tanınmış jurnalistlər Eynulla Fətullayevlə bağlı Azərbaycan prezidentinə kütləvi twit çağırışı edib

nazirlərlə, Hüseyn Abdullayevlə (hazırda xaricə mühacirət etmiş iqtidara yaxın olmuş keçmiş biznesmen, millət vəkili-red) bağlılıqda ittiham edirdilər. Yəni, məni daha çox hər zaman hakimiyyətdaxili qruplaşmalarla bağlayırlar, nəinki müxalif siyasi düşərgə ilə. Bəli, amma mənim bir çox məsələlərə tənqidi mövqeyim olub. Mən insan haqlarının pozulması, eyni zamanda hər hansı neqativ proseslə bağlı çox sərt, barışmaz və kompromissiz mövqe nümayiş etdirmişəm. Bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, axı harada mənim mövqeyimdə dəyişiklik baş verib? Bu gün də lazım gələrsə, hakimiyyətdə təmsil olunan nazirləri, icra başçılarını, millət vəkillərini sərt olaraq tənqid edirəm. Hesab edirəm ki, müstəqil dünyagörüşündəyəm. Amma, hesab edirəm ki, Azərbaycanın siyasi landşaftı dəyişib. Yəni, artıq mövcud siyasi sistem yalnız hakimiyyətdaxili qüvvələrin münasibətlərindən, toqquşmalarından, hansısa proseslərdən ibarətdir.

Amerikanın Səsi: Həbsiniz zamanı ictimai müdafiənizdə öndə gedən beynəlxalq hüquq müdafiə, jurnalist təşkilatlarının Azərbaycanda insan hüquqları ilə bağlı apardığı işləri sonradan tənqidlərə məruz qoydunuz. Buna səbəb nədir?

Bu münasibət deyil axı! Məni müdafiə etməyiblər, prinsipləri müdafiə ediblər və hesab edirəm ki, mən sabah həbs olunsam, yəni ədalətsiz şəkildə həbs olunsam yenə də məni müdafiə etməlidirlər. Çünki, prinsipləri müdafiə edirlər.

Eynulla Fətullayev: Təəssüflər olsun ki, Avropada siyasi liberalizmin iflası müşahidə olunmaqdadır. İkili standartlar, - biz bunu çox açıq şəkildə görürük, Culian Asanj bir nümunəsi. Və Emin Hüseynov İsveçrənin səfirliyində gizlənəndə bu, çox pis haldır, bu demokratiyanın pozulmasıdır. Bəli, biz də bununla razılaşırıq. Bəs, Culian Asanjın saxta ittihamlarla İsveç prokurorluğu tərəfindən ittiham olunaraq təqib edilməsi və Ekvador səfirliyində yaşaması? Bəs, buna niyə beynəlxalq təşkilatlar münasibət bildirmir? Bilirsiniz, məni

Jurnalist Eynulla Fətullayev Elmar Hüseynovun qətli günündə -02.03.2005-ci il (Foto T.Fərhadoğlunundur)
Jurnalist Eynulla Fətullayev Elmar Hüseynovun qətli günündə -02.03.2005-ci il (Foto T.Fərhadoğlunundur)

qəzəbləndirən, qeyzləndirən də yalnız bu gün yox, ikili standartlardır. Bu bəlkə Azərbaycansayağı mövqedir, - mənə yaxşılıq ediblər, mən də bu gün o yaxşılığı qaytarmalıyam. Bu münasibət deyil axı! Məni müdafiə etməyiblər, prinsipləri müdafiə ediblər və hesab edirəm ki, mən sabah həbs olunsam, yəni ədalətsiz şəkildə həbs olunsam yenə də məni müdafiə etməlidirlər. Çünki, prinsipləri müdafiə edirlər.

Amerikanın Səsi: Xədicə İsmayılova, Rəsul Cəfərov, Emin Hüseynov və digər ictimai fəalların, jurnalistlərin, blogerlərin həbsini və təqibini necə qiymətləndirirsiniz?

Əlbəttə ki, jurnalistin həbsi, bu yaxşı hal deyil və heç kəs deyə bilməz ki, jurnalist həbsdədirsə, həbsxanadadırsa bu müsbət bir haldır. Mən ümid edirəm ki, Xədicə İsmayılova digər məhbuslar kimi azadlığa buraxılacaq.

Eynulla Fətullayev: Mən hesab edirəm ki, bu məsələnin hər biri ayrı-ayrılıqda müzakirə olunan məsələlərdir. Yəni, bütün bu məsələləri ümumiləşdirmək olmaz. Niyə? Məsələn, Xədicə İsmayılovanı götürək. Bilirsiniz ki, bizim onunla münasibətlərimiz çox pis idi və bu məsələlərdə günahkar Xədicə idi. Yeri gəlmişkən, çünki mən müstəqil mövqe tutaraq, o məni daim hökumətlə əlaqədə suçlayırdı və sair. Amma, nə isə... mən o şəxsi münasibətləri qoyuram kənara, baxmayaraq ki, peşə etikasını və peşə kodeksini pozan Xədicə idi. Amma, mən bunu qoyuram bir kənara. Xədicə özünəməxsus, öz mövqeyi olan, eyni zamanda araşdırmaçı jurnalist idi. Əlbəttə ki, jurnalistin həbsi, bu yaxşı hal deyil və heç kəs deyə

Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin işinə baxacaq
Avropa Şurasının Nazirlər Komitəsi Eynulla Fətullayevin işinə baxacaq

bilməz ki, jurnalist həbsdədirsə, həbsxanadadırsa bu müsbət bir haldır. Mən ümid edirəm ki, Xədicə İsmayılova digər məhbuslar kimi azadlığa buraxılacaq. Amma, eyni zamanda mən hesab edirəm ki, Xədicə İsmayılın fəaliyyətində də kifayət qədər qərəzli, eyni zamanda jurnalist etikasına, jurnalist peşəkarlığına uyğun olmayan məqamlar çox idi. Ona görə də məsələn, sizə deyim, bunu araşdırma kimi düzdü təqdim edirdilər, amma hesab edirəm ki, bu araşdırmalar deyildi. Bu konkret bəzi xüsusi xidmət orqanlarının Xədicəyə göndərdiyi məxfi məlumatlar idi. O məlumatları da Xədicə vasitəsi ilə leqallaşdırırdılar. İstənilən dövlətdə buna qarşı tədbir görülür.

O ki, qaldı Rəsul Cəfərov məsələsinə, tam açıq, səmimi demək istəyirəm ki, Rəsul Cəfərovla bir müddət mən işləmişəm. Bu insanı tanıyıram. Tam əminlikə söyləyirəm ki, onun fəaliyyətində qanunsuz məqamlar çox idi. Həqiqətən də vergidən yayınma və sair. Əfsuslar olsun ki, bəziləri hüquq müdafiə fəaliyyətini biznesə çevirdilər. Problem onda başladı.

Amerikanın Səsi: Siz həbsdən sonra insan hüquqlarını müdafiə edəcək təşkilat təsis etdiniz və həbsxanalarda monitorinq aparacağınızı bəyan etdiniz. Amma, Azərbaycanda yox, qabaqcıl qərb ölkələrində monitorinqlər aparırsıniz. Bu hansı zərurətdən irəli gəlir?

Çünki, jurnalisti məqalələrə görə, hansısa məxfi məlumatların yayılmasına görə təqib edən qərbdir və bu nümunəni də Azərbaycan hökumətinə verən qərbdir.

Eynulla Fətullayev: Mən sizə deyim. Mən bütün həbsxanalarda monitorinq apardım. Bununla bağlı təxminən hardasa bir 16 hesabat hazırladım. Yalnız, Azərbaycan hökumətinə deyil, Almaniya səfirliyinə, Almaniya Federativ Respublikasının hökumətinə də təqdim etdim. Xeyli problemlər var idi, çatışmamazlıqlar var idi. Düşünürəm ki, islahatlar üçün həqiqətən də bir zəmin yaranmışdı Azərbaycan həbsxanalarında. Azərbaycanda bu vəziyyətin yaranmasının baiskarı, səbəbkarı qərbdir. Çünki, bu nümunəni Azərbaycana Qərb verir. Çünki, jurnalisti deməli məqalələrə görə, hansısa məxfi məlumatların yayılmasına görə təqib edən qərbdir və bu nümunəni də Azərbaycan hökumətinə verən qərbdir.

Amerikanın Səsi: Məqalələrinizdən belə təəssürat yaranır ki, prezident İlham Əliyevi dəstəkləyirsiniz, amma onun komandasının və eyni zamanda opponentlərinin əleyhinəsiniz? Fikrinizcə ölkədə köklü dəyişikliklər üçün nə edilməlidir?

Hökumət müxalifətə, protest qüvvələrə, etirazçı qüvvələrə meydan ayırır. Həmin meydanda əfsuslar olsun ki, 5-10 mindən artıq insan kütləsi toplaşmır.

Eynulla Fətullayev: İlham Əliyevin ciddi opponenti yoxdur. Mən hələlik onun ciddi siyasi rəqibini görmürəm. Bəlkə, zaman yetişdirəcək, gələcək göstərəcək. O ki, qaldı komandasına, bəli İlham Əliyevin komandasında parlaq simalar da var, mənim zənnimcə, Azərbaycanın bugünkü gününə cavab verməyən insanlar da var. Biz yazırıq və həmin insanların fəaliyyətini də işıqlandırırıq. Islahatlar hər zaman lazımdır. Amma, mən hesab edirəm ki, ilk növbədə cəmiyyət, xalq hökuməti islahatlara səfərbər etməlidir.

Eynulla Fətullayev beynəlxalq təşkilatlara təşəkkür bildirir
Eynulla Fətullayev beynəlxalq təşkilatlara təşəkkür bildirir

Hökumət müxalifətə, protest qüvvələrə, etirazçı qüvvələrə meydan ayırır. Həmin meydanda əfsuslar olsun ki, 5-10 mindən artıq insan kütləsi toplaşmır. Bu nəyin göstəricisidir? Hökumət heç bir maneə yaratmır. Heç kəsi, deyək ki, oraya yolları qapatmır, hansısa məhdudiyyətlər tətbiq etmir. Zənn edək ki, sabah Bakının küçələrində Yerevandakı kimi “elektromaydan” toplaşır. Məsələn, deyək ki, bizdə də bir “maydan” toplaşır. Həmin, o “Məhsul” stadionuna (Azərbaycan müxalifətinin mitinq keçirdiyi meydan-red) 100 min adam yerləşir. Sizcə, hökumət islahatları sürətləndirəcəkmi? Əlbəttə, sürətləndirəcək, çünki ictimai təpki, ictimai etiraz hökuməti buna sövq edəcək. Amma, xalq etiraz etmir. Bizim tərəfimizdən də tənqid etdiyimiz və bayağı hesab etdiyimiz bir tezis var, “xalq və iqtidar birliyi”. Amma, həqiqətən də kənardan belə bir təsir bağışlayır ki, doğrudan da bu “xalqla hökumət birdir”. Çünki, siz mənə əksini sübut edin. Mən xalqın etirazını görmürəm. Deyirsiniz ki, qorxudurlar, həbslərdir, bəlkə xalqı sındırıblar, gözünün odunu alıblar. Bəs Ermənistan, bəs Ukrayna, bəs Qırğızıstan, digər ölkələr. Məsələn, həmin Qırğızıstanda heç də vəziyyət Azərbaycandan yaxşı deyil. Amma, orada xalq çıxır, etiraz edir. Ermənistanda vəziyyət daha ağırdır. Orada da siyasi məhbuslar, orada da Sarkisyanın istibdadı, amma xalq görürsünüz, meydana çıxır. Xalqın səsini, xalqın iradəsini heç bir hakimiyyət boğa bilməyib tarixdə, bu gün də boğa bilmir və boğa bilməyəcək. Sadəcə əminəm ki, Azərbaycan xalqı bu günki hökuməti, İlham Əliyevi, onun yürütdüyü siyasəti dəstəkləyir.

Qeyd: Jurnalist Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunub. Əvvəlcə ona jurnalist Tural Mustafayevin şikayəti əsasında “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə ittiham irəli sürülüb. Fevralın 13-də isə ona qarşı daha 4 maddə ilə - Cinayyət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib. Fevralın 24-də bütün ittihamlar bir icraatda birləşdirilib.

Jurnalist həbsxanadan yazdığı məqalələrində və ondan əvvəlki bəyanatlarında ölkə rəhbərlərinin, onların ailə üzvlərinin qanunsuz biznes fəaliyyəti ilə bağlı araşdırmalarına görə təqib və həbs olunduğunu bildirib.

Xədicə İsmayılova Amnesty İnternational (Beynəlxalq Əfv) tərəfindən vicdan məhbusu elan edilib.

Rəsul Cəfərov məhkəmədə vergidən yayınmadığını və həbsinin sifariş olduğunu bildirib.O da Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG