Aclıq aksiyasının 8-ci həftəsində həyati təhlükə yaşayan siyasi məhbus Murtaza Muradpurun ailə üzvləri, o cümlədən anası Məsumə Əmani və qardaşı Fərdin Muradpur bir qrup türk fəal ilə birlikdə Təbriz Məhkəməsi önündə piket keçirib.
Məsumə Əmani və Fərdin Muradpur öncədən sosial mediada yayımladıqları videolar vasitəsilə məhkəmə qarşısında toplaşacaqlarına dair məlumat yayıb.
Muradpur ailəsi deyir ki, “Murtaza Muradpur İran İslam Respublikasının öz qanunlarının icrasının tələbi ilə aclıq aksiyası keçirir və başqa bir tələbi yoxdur. O, İran cəza qanunlarının 134-cü maddəsinin tətbiq olunmasını istəyir.”
Bu gün dekabrın 15-də keçirilən piketdən yayılan videoda Məsumə Əmani və Fərdin Muradpur məhkəmə məsulları ilə mübahisə etdikləri görünür.
Videoda xanım Əmani yüksək səslə “yerinə oturmayacağını və axırına dək gedəcəyini” söyləyir.
Bu günlərdə Murtaza Muradpurdan əlavə iranlı siyasi fəal Arəş Sadıqi də aclıq aksiyasının 8-ci həftəsinə daxil olub.
Türk fəallar və Arəş Sadıqiyə dəstək verən siyasi fəallar iki məhbusa dəstək məqəsədi ilə sosial mediada birgə onlayn kampaniyalar təşkil edirlər.