Accessibility links

Mursi tərəfdarlarına etiraz aksiyalarını dayandırmaq haqda xəbərdarlıq edilib


Misir ordusunun dəstəklədiyi müvəqqəti hökumət Qahirədə Məhəmməd Mursi tərəfdarlarının keçirdiyi iki dinc etiraz aksiyasını milli təhlükəsizlik üçün "qəbuledllməz təhlükə" adlandırıb.

Rəsmilər polisə qanun və konstitusiya çərçivəsində dinc aksiyaların qarşısının alınması haqda əmr verib.

Məhəmməd Mursi tərəfdarları hərbi əmrə itaətsizlik göstərərək, Qahirənin şərqində yerləşən böyük məscidin önündə və şəhərin əsas universitet kampusunun qarşısında nümayişlər keçirib.

Cənab Mursinin Müsəlman Qardaşları hərəkatının üzvləri ordunun insan qırğınına yenidən yol verə biləcəyindən ehtiyat etdiyini bildirib.

Qahirə şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində 80 nəfər həlak olub.

İyulun 3-də ordunun cənab Mursini hakimiyyətdən devirməsindən bəri Misirdə təxminən 200 nəfər öldürülüb.

Bu arada, respublikaçı senatorlar Con Makkeyn və Lindsey Qraham prezident Barak Obamanın onların gələn həftə hərbi liderlər və müxalifət qüvvələri ilə görüşməsi üçün Misirə səfər etməsini xahiş etdiyini bildiriblər.
XS
SM
MD
LG