Zimbabve prezidenti Robert Muqabe növbəti seçkilərdən sonra yenidən vəzifəsinə başlayıb. 33 ildir dövlət başçısı vəzifəsində olan Muqabe Zimbabveyə 100 yaşınadək rəhbərlik edəcəyini deyir.
Yeddinci dəfə and içərək vəzifəsinə başlayan lider iyul ayının 31-i seçkilərində səslərin 61 faizini əldə etməklə qalib gəlmişdi.
Müxalifət və qərb ölkələri seçkilərin şəffaflığını sual altına alır. Müxalif MDC partiyası andiçmə mərasimini boykot edib.
1980-ci illərin əvvəllərində ilk dəfə prezident seçilən Muqabe xalqın ona ehtiyacı olduğunu deyir. Təhlilçilər onu hakimiyyətdən əl çəkə bilmə tipik Afrika lideri adlandırır. Onun reputasiyası da ləkəsiz deyil. 1979-cu ildə Zimbabvenin Britaniyadan müstəqilliyini əldə etməsi üçün İngiltərəyə səfər edən eynəkli lider Zimbabvenin ağ prezidenti İan Smit tərəfindən “ağıllı” adlandırılmışdı.
İlk dəfə prezsident seçildikdən sonra etdiyi birinci çıxışında o, Zimbabve xalqını irqi ayrı-seçkiliyə son qoyulmasına, gələcək naminə iş birliyinə çağırmışdı.
Lakin Muqabenin bu canfəşanlığı uzun sürmədi. 1982-ci ildə o, əleyhinə gedən 20 min insanın qətlinə fərman verir. Cari əsrin əvvəllərində ağlara məxsus torpaqlar çox hallarda zorakıqlıqla müsadirə edilir. Muqabe və onun yaxın çevrəsindəki insanlar insan haqlarının durumuna görə Qərbin sanksiyalarına məruz qalır.
Sonuncu seçkilərdən sonra Zimbabve lideri rəqiblərini özlərini asmağa çağırıb. Muqabe “onların cəsədlərinin itlər tərəfindən belə iylənilməyəcəyi” kimi təhqiramiz kəlmələr işlədib.
“Zimbabwe Independent” qəzetinin redaktoru Fait Zaba onun özünü Zimbabvenin siyasətçilərinin ətrafında fırlandığı günəş hesab etdiyini deyir. O, bütün baş verənlərə baxmayaraq Muqabenin əvvəllə müqayisədə daha yumşaq mövqedən çıxış etdiyini bildirir. “2009-cu illə müqayisədə o, daha təmkinlidir. Müxalifətə münasibəti, onlara nazirlər kabinetində yer verməsi Muqabenin dəyişdiyinə işarədir.”
Bəziləri isə onu “düşmüş qəhrəman” adlandırır. Lakin Muqabeni bu kimi düşüncələr narahat etmir. O, dünyada barışıq səylərinə görə yüksək qiymətləndirilən Nelson Mandella haqda “onun hədsiz dərəcədə yaxşı” olduğunu deyib. Muqabe haqda bunu deyənləri barmaqla saymaq olar.
Yeddinci dəfə and içərək vəzifəsinə başlayan lider iyul ayının 31-i seçkilərində səslərin 61 faizini əldə etməklə qalib gəlmişdi.
Müxalifət və qərb ölkələri seçkilərin şəffaflığını sual altına alır. Müxalif MDC partiyası andiçmə mərasimini boykot edib.
Muqabe özünü Zimbabve siyasətçilərinin ətrafında fırlandığı günəş hesab edir
İlk dəfə prezsident seçildikdən sonra etdiyi birinci çıxışında o, Zimbabve xalqını irqi ayrı-seçkiliyə son qoyulmasına, gələcək naminə iş birliyinə çağırmışdı.
Lakin Muqabenin bu canfəşanlığı uzun sürmədi. 1982-ci ildə o, əleyhinə gedən 20 min insanın qətlinə fərman verir. Cari əsrin əvvəllərində ağlara məxsus torpaqlar çox hallarda zorakıqlıqla müsadirə edilir. Muqabe və onun yaxın çevrəsindəki insanlar insan haqlarının durumuna görə Qərbin sanksiyalarına məruz qalır.
Müxalifətə münasibəti, onlara nazirlər kabinetində yer verməsi Muqabenin dəyişdiyinə işarədir